06 avqust 2022 12:20
644

“Azəriqaz”ın qəza xidməti əməkdaşlarının fəaliyyəti barədə abonentlərin fikri öyrənilib

“Azəriqaz” İB tərəfindən göstərilən xidmətlər ilə bağlı sorğu keçirən “QBS Consulting” MMC bu dəfə Birliyin qəza xidməti əməkdaşlarının fəaliyyəti barədə abonentlərin fikrini öyrənib.

İB-dən "iki sahil"ə verilən məlumata görə, sorğuda qaz təchizatı ilə bağlı “Azəriqaz”ın “104/185” Çağrı mərkəzlərinə müraciət əsasında işin icrası üçün qəza xidmətinin əməkdaşlarının abonentin ünvanına gedib-getməməsi, eyni zamanda, abonentin ünvanına gedən əməkdaşların operativliyi, bilik və bacarıqları, davranışları, eləcə də müraciət olunan problemin həlli istiqamətində fəaliyyəti qiymətləndirilib.

Məlum olub ki, Çağrı mərkəzlərinə müraciət edildikdən sonra işin icrası üçün İB-nin əməkdaşları tərəfindən respondentlərin 68 faizinin çağırışına gedilib, 6 faizinin çağırışına isə gedilməyib. Çağırışına gedilməyən respondentlərin xüsusi çəkisi regionlarda daha yüksək (11 faiz) olub.

Abonentin ünvanına gedən əməkdaşların operativliyi, bilik və bacarıqları, davranışları, eləcə də müraciət olunan problemin həlli istiqamətində fəaliyyəti əsasən müsbət qiymətləndirilib.

Regionlarda əməkdaşların fəaliyyətini mənfi qiymətləndirənlərin payı paytaxtla müqayisədə nisbətən yüksək olub.

Məsələn, paytaxtda müraciət olunan problemin həllindən narazı qalanlar 8 faiz təşkil etdiyi halda, regionlarda bu rəqəm 18 faizdir.