06 avqust 2022 01:17
391

Rusiyadan 62 Kanada vətəndaşına sanksiya

Rusiya 62 Kanada vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Verilən yazılı açıqlamada Kanadanın Rusiya dövlət nümayəndələri, jurnalistlər, ekspertlər və Pravoslav Kilsəsinin Patriarxı Kirillə qarşı sanksiyalar tətbiq etdiyi xatırladılıb.

Buna cavab olaraq 62 kanadalı sanksiya siyahısına salınıb və bu adların siyahısı dərc edilib.

Siyahıya Kanada Xarici İşlər Nazirliyi və Baş nazirlik rəsmiləri, həmçinin siyasi ekspertlər, incəsənət xadimləri və dini nümayəndələr daxildir.