05 avqust 2022 12:59
299

116 kənd və yeni yaşayış massivlərində qazpaylayıcı şəbəkənin qurulması nəzərdə tutulub

Bu il ölkədə 44 şəhər və rayon, həmçinin Bakının 3 rayonunu əhatə etməklə 116 kənd və yeni yaşayış massivlərində qazpaylayıcı şəbəkənin qurulması nəzərdə tutulub.

“İki sahil” xəbər verir ki,  bunu "Açıq qapı" aksiyası çərçivəsində "Azəriqaz" İB-nin şöbə rəisinin müavini İlham Mehbalıyev deyib.

Onun sözlərinə görə, hazırda 106 kənd və yaşayış massivlərində bu proqrama uyğun olaraq işlər aparılır.