05 avqust 2022 09:43
516

Britaniyanın Azərbaycandakı səfirliyi açıqlama yayıb

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ölkəmizin Londandakı səfirliyində dünən baş verən insidentlə bağlı açıqlama yayıb.

“İki sahil” xəbər verir ki, səfirliyin tviter səhifəsində yayılan məlumatda qeyd edilib: “Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır. Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb. 8 nəfər həbs edilib. Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan Səfirliyi ilə əlaqə saxlayır.