03 iyul 2022 08:37
430

"Boko Haram"ın mədənə hücumu nəticəsində 30 Nigeriya əsgəri ölüb

Nigeriyanın Niger ştatının Şiroro rayonunda “Boko Haram” terrorçularının şaxtaya hücumu zamanı azı 30 Nigeriya əsgəri həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə "U.S.News" məlumat yayıb.

Əsgərlər bir neçə gün əvvəl terrorçuların oğurladıqları mədənçilərin axtarışı üçün əməliyyat aparırmış. Yaraqlılar pusqu quraraq üç yük maşını ilə gedən hərbçilərə hücum ediblər.

Qeyd olunub ki, yaraqlılar motosiklet və yük maşını ilə hərəkət ediblər. Şaxtada pusqu qurmazdan əvvəl onlar binanı mühafizə edən 7 polisi öldürüblər. Bundan əlavə, səkkiz mülki şəxs güllələnib, çinli işçilər isə qaçırılıb.

Nigeriya Prezidenti Muhammadu Buhari qaçırılan işçilərin axtarışı əməliyyatının davam etdiriləcəyini və terrorçuların cəzalandırılacağını bildirib.