03 iyul 2022 08:30
425

İndoneziya sahillərində 5,4 bal gücündə zəlzələ baş verib

İndoneziya sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri İndoneziyanın Manado şəhərindən 153 kilometr şərqdə, ocağı isə 33 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.