02 iyul 2022 23:41
537

Azərbaycanın  işğaldan azad edilmiş ərazilərində müasir şəhər  və kəndlər salınır

Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da “yaşıl enerji”dən istifadə haqqında geniş danışılmağa başlanıb. Bu il Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində, yaşıl enerji zonasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Dövlət başçısı bu ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyasının və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Energetika Nazirliyinə vəsait ayrılmasını qərara alıb.

Sirr deyil ki, Azərbaycanın iqtisadi cəhətdən və texniki baxımdan istifadəsi mümkün bərpa olunan enerji mənbələrinin potensialı 26940 mvt dəyərləndirilir. Heç şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi əraziləri enerji qaynağları baxımından zəngindir. Azərbaycanın təmiz su qaynaqlarınən 25 faizi Qarabağdadır. Kəlbəcər rayonunda isə məhşur “Karlovı Varı” tipli mineral su yatağının analoqu olan yuxarı “İstisu” sularının istismarı ehtiyata gündə 82 min litr, Aşağı istisu 260 min litr, Qoturlu 70 min litr, tutğun 600 min litr təsdiq edilib. O da bəllidir ki, Kəlbəcər rayonunun mineral sularının istismarı və proqnoz ehtiyatları yuxarıda göstərilən rəqəmlərdən dəfələrlə çoxdur.

Bu gün Ali Baş Komandan İlham Əliyev müasir Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin çiçəklənən Azərbaycan misiyasını yerinə yetirir. Azərbaycanın bütün şəhərləri müasir şəhərlərə çevrilir. Demək olar ki, bütün dünyada “ağıllı kənd” layihəsinin müəyyən məqsədləri var. Bunlardan biri insanların kənd yerlərindən şəhər yerlərinə axının qarşısını almaqdır. Yəni, kənd yerlərində insanlara elə şərait yaradılır ki, onların şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə çıxışı olsun. “Ağıllı kənd” layihəsinin ikinci məqsədi insanlara kənddə pul qazanmaq imkanın yaradılmasıdır. Üçüncü məqsəd odur ki, hər bir ölkə vətəndaşının olduğu kimi, kənd sakinlərinin də dövlət xidmətlərinə çıxışı olmalıdır.

Bir sözlə, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bütün resurslar reallaşdırılır, həmçinin müasir şəhər və kəndlər salınır.

Şəbnəm Cəfərli,

Nizami rayonu, 12 saylı tam orta məktəbin ibtidai sinif müəllimi