02 iyul 2022 22:22
500

"Dövlətçilik" mövzusunda tədbir keçirilib

YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun növbəti tədbiri şəhid Ə. İsmayılov adına Mirzalıbəyli kənd tam orta məktəbdə keçirilmişdir

“İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü,  Mirzalıbəyli kənd tam orta məktəbin direktoru Nizami Quliyevin təşkilatçılığı ilə "Dövlətçilik" mövzusunda keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.

“İki sahil” xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Nizami Quliyev çıxış edərək qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyev  həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi kimi adını tariximizə, həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazmağı bacaran bir şəxsiyyət olub. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır.

Bərdə RİHB aparatının İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Şəmsiyyə Abbaszadə çıxış edərək ölkədə qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi, bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycanın dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilməsini, ötən dövr ərzində ölkəmizin böyük uğurlara imza atmasını xüsusi olaraq qeyd etmişdir.

Sonra YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri Etibar Hüseynova, Nizami İsayev, həmçinin Əhliman Hümbətov çıxış etmişlər.

Sonda Futbol üzrə Respublika birinciliyində uğur qazanmış məktəblilərə müvafiq medallar və ötən təhsil ili boyunca fərqlənən müəllimlərə fəxri diplomlar təqdim edilmişdir.

Tədbir boyunca şagirdlərin rəngarəng musiqi proqramları bir-birini əvəz etmişdir.