02 iyul 2022 21:09
12195

Azərbaycanın Qoşulmama Hərəkatının yeni nəfəsidir!

Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür.Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir.Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib.Həmin il Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub.Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.

Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir.Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunmuşdur.2018-ci ilin 5 aprel tarixində  Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilmişdir.Bu gün reallıq ondan ibarətdir ki,Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir.Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir.Məhz Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki,qısa müddət ərzində üzv olmasına baxmayaraq,üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib.

   Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək,QH-yə tam hüquqlu üzv qəbul olunmuşdur.Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etmişdir. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir.Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir.4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və QH-nin hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında video-konfransı təşkil olunmuşdur.Pandemiyanın əmələ gətirdiyi mürəkkəb beynəlxalq şəraitdə və dünya ictimaiyyəti tərəfindən beynəlxalq təşkilatların səmərəliliyi və çoxtərəfli diplomatiyanın gələcəyi sınağa çəkildiyi bir dövrdə Qoşulmama Hərəkatının hazırkı sədri qismində,ölkəmizin çoxtərəfliliyin təşviqi üzrə prioritetinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən Hərəkatın koronavirusa qarşı mübarizə üzrə mümkün ən yüksək səviyyədə Təmas Qrupunun yaradılması və COVID-19 qlobal pandemiyasının QH üzv dövlətlərinə təsirinin qiymətləndirilməsi və onların ehtiyaclarının müəyyən olunması təşəbbüsü ilə çıxış etmişdir.Ölkəmizin QH-yə sədrliyi dövründə gənclərlə iş sahəsinə də xüsusi diqqət ayrılmışdır.Belə ki,Azərbaycan sədrliyinin təşəbbüsü və təşkilatçılığı ilə 16-18 aprel 2020-ci il tarixlərində milli səviyyədə və 1-5 mart 2021-ci il tarixlərində beynəlxalq səviyyədə QH Modeli Simulyasiya Məşğələsi keçirilmişdir.Tədbirlər Hərəkatın tarixində ilk dəfə olaraq təşkil edilmiş və pandemiyadan irəli gələn məhdudiyyətlər səbəbindən virtual formatda baş tutmuşdur.Beynəlxalq səviyyədə təşkil olunmuş Simulyasiya Məşğələsində 4 qitədən 39 QH üzv dövlətini təmsil edən 60 gənc iştirak etmişdir.26 noyabr 2021-ci il tarixində Qoşulmama Hərəkatının Azərbaycan sədrliyinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının Parlamentarilər Şəbəkəsinin təsis iclası keçirilmişdir Qoşulmama Hərəkatının Bakı şəhərində keçirilmiş XVIII Zirvə Görüşü zamanı üzv dövlətlərin dövlət və hökumət başçıları tərəfindən Hərəkatın prinsip,ideya və məqsədlərinin həyata keçirilməsində parlamentarilərin konstruktiv rolunu nəzərə alınaraq QH üzv dövlətlərinin parlamentləri arasında əlaqələrin dərinləşdirilməsinə qərar verilmişdir.Şəbəkənin görüşlərinin əsasən Parlamentlərarası İttifaqın (IPU) iclasları çərçivəsində keçirilməsi nəzərdə tutulur.QH-nin Parlamentarilər Şəbəkəsinin təsis edilməsi QH sədrliyimizin Hərəkata tarixi töhfəsi olmaqla yanaşı,ölkəmizin digər dövlətlərlə parlamentlərarası əməkdaşlığının inkişafına töhfə verən təşəbbüs olması baxımından əhəmiyyətlidir.11-12 oktyabr 2021-ci il tarixlərində Belqradda Qoşulmama Hərəkatının təsis edilməsinin 60-cı ildönümü münasibətilə yüksək səviyyəli yubiley tədbiri keçirilmişdir.Tədbirdə 100-dən artıq nümayəndə heyəti,o cümlədən 6 dövlət və ya hökumət başçısı,QH üzv və müşahidəçi dövlətlərinin,o cümlədən xüsusi qonaq qismində dəvət olunmuş dövlətlərin 50-dən artıq xarici işlər naziri,BMT Baş Assambleyasının sədri və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi daxil olmaqla beynəlxalq təşkilatların rəhbər şəxsləri geniş şəkildə iştirak etmişdir.Azərbaycan Respublikası Prezidentinin açılış nitqində təsis edilməsindən bəri Hərəkatın beynəlxalq münasibətlər sistemində oynadığı mühüm rol vurğulanmış,QH-nin əsasını təşkil edən Bandunq prinsiplərinin əhəmiyyətinə diqqət çəkilmiş,xüsusilə suverenlik və ərazi bütövlüyünə hörmət,təcavüz aktlarından çəkinmə,digər dövlətlərin daxili işlərinə qarışmama kimi prinsiplərin müasir beynəlxalq münasibətlər sistemində aktuallığı və əhəmiyyəti vurğulanmışdır.

  Azərbaycanın sülhün,təhlükəsizliyin,beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək məqsədilə 2011-ci ildə QH-yə qoşulması və qısa müddət ərzində Hərəkatın liderlərinin yekdil qərarı ilə QH sədri seçilməsi haqqında məlumat verən Dövlət Başçısı,Azərbaycan sədrliyinin prioritetləri və onların həyata keçirilmə statusu haqqında danışmış,həmçinin QH sədri qismində COVID-19 pandemiyası ilə bağlı irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslər barədə iştirakçıları məlumatlandırmışdır.Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə,ərazi bütövlüyünə hörmət,dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq.Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur.Sərhədlərin güc yolu ilə dəyişdirilməsi,gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması,daxili işlərə müdaxilə yolverilməzdir.Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi,əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcəkdir. Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür.Ən az inkişaf etmiş,dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusən diqqət yetirilməlidir.

   2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərmişdir.Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması,elm,mədəniyyət,səhiyyə,informasiya texnologiyalarının inkişafı,su resurslarından səmərəli istifadə olunması,qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir.Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir.Bu gün 31 üzv dövlətdən 37 gənc bu proqramdan faydalanır.Azərbaycanda gənclər siyasəti prioritet sahə kimi müəyyən edilmişdir.Azərbaycan gəncləri milli ruhda, ənənəvi dəyərlərlə,Vətənə bağlı və vətənpərvər ruhda tərbiyə alırlar.Buna görədir ki,Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Gənclər Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişik.Hazırkı Zirvə Görüşü ərəfəsində keçirilmiş Gənclər Sammitində 40 dövlətdən ölkəmizə gəlmiş gənclər iştirak etmişlər.Azərbaycan demokratiya,insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir.Bunun dərin tarixi kökləri vardır.Biz fəxr edirik ki,bir əsr bundan əvvəl Şərqdə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulmuş,qadınlara səsvermə hüququ verilmişdir.Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq.Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir.Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları,qanunun aliliyi,mətbuat azadlığı təmin olunur.Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş,ümumi daxili məhsul üç dəfədən çox artmışdır.Azərbaycana 270 milyard dollardan artıq sərmayə qoyulmuşdur ki,bunun da yarısı xarici sərmayədir.Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir.Bu göstəriciyə görə biz dünyada 9-cu yerdəyik.Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir.Təkcə bu il minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə,minimum pensiya 70 faiz artmışdır.280 mindən çox insanı əhatə edən 68 min ailə ünvanlı sosial yardımdan faydalanır və hər bir ailə təxminən 140 ABŞ dolları ekvivalentində aylıq sosial yardım alır.Son 15 il ərzində Azərbaycanda 3200-dən çox məktəb və 640-dan çox xəstəxana və tibb müəssisəsi tikilmiş və ya təmir edilmişdir.Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır.Üç yüz mindən çox məcburi köçkün pulsuz evlər və mənzillərlə təmin edilmişdir.Məcburi köçkün ailələrinə orta hesabla 180 ABŞ dolları ekvivalentində aylıq müavinət verilir.Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb.Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsində isə 5-ci yerdədir.

   Azərbaycan kosmik ölkədir.Hazırda ikisi telekommunikasiya,biri isə Yer səthini müşahidə edən üç peykimiz var.Əhalimizin 80 faizi internet istifadəçisidir.Azərbaycanda enerji təhlükəsizliyi təmin edilmişdir.Yenə də Davos Ümumdünya İqtisadi Forumunun hesabatına istinad edərək deməliyəm ki,elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir.Azərbaycan,eyni zamanda,bir sıra ölkələrin enerji təchizatçısıdır. Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır.Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr - Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində çalışırıq.Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa öz dəyərli töhfəsini verir.İqlim dəyişikliyi qlobal təhlükədir.Azərbaycan onun fəsadlarına qarşı mübarizə üzrə beynəlxalq səyləri dəstəkləyir.Azərbaycan Paris Sazişini ratifikasiya etmiş,baza ili – 1990-cı illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürmüşdür.Elektrik enerjisinin istehsalı üçün Azərbaycanda ancaq ekoloji təmiz qaz və su elektrik stansiyalarından istifadə olunur.

Azərbaycan zəngin tolerantlıq,multikulturalizm ənənələrinə malikdir.Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir.On bir il əvvəl İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə başladığımız “Bakı Prosesi” təşəbbüsü BMT tərəfindən də dəstəklənir.Azərbaycan Respublikası 2011-ci il mayın 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil dəstəyini əldə edərək təşkilata tamhüquqlu üzv qəbul olunub.Azərbaycan Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir.Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artıb,təşkilatın daxili prosedur və sənədlərində Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub.Hərəkata üzvlük,həmçinin beynəlxalq sülh,təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb.Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.Prezident İlham Əliyevin pandemiyadan sonrakı dövr üçün Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə QH-nin yüksək səviyyəli görüşünün təşkil edilməsi,QH-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli BMT Panelinin yaradılması,QH-nin təsisatlanması ideyası ilə bağlı məsləhətləşmələrin keçirilməsi,QH üzvlərinin parlamentariləri arasında əməkdaşlığın inkişaf etdirilməsi,QH-nin gənclər şəbəkəsinin formalaşdırılması kimi təşəbbüsləri BMT-dən sonra ən böyük ikinci beynəlxalq platformada yüksək diqqətlə qarşılanıb.Əlbəttə,beynəlxalq aləmdə baş verən proseslərin məntiqi elədir ki,məhz indiki vaxtda,dünyanın çoxqütblü olduğu,geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə “soyuq müharibə” başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır.Digər tərəfdən,2011-ci ildə Qoşulmama Hərəkatına daxil olmağımızla bağlı qərar Azərbaycan üçün xarici siyasət davranışında prioritet yeri tutan Ermənistanla münaqişə kontekstində çox vacib idi.Hadisələr göstərdi ki,Prezident İlham Əliyev 10 il əvvəl Azərbaycanı dünyanın ən böyük ikinci təşkilatına üzv etməklə illər sonrakı qələbənin əsasını qoydu.Budəfəki Zirvə Toplantısındakı çıxışı zamanı da Azərbaycan Prezidenti Ermənistanın 30 il ərzində apardığı işğalçılıq siyasətinə toxundu,bunu BMT və Qoşulmama Hərəkatının Bandunq prinsiplərinə zidd olduğunu qeyd etdi.Eyni zamanda Ermənistanın beynəlxalq platformadakı növbəti ifşası zamanı Azərbaycan Prezidenti işğal dövründə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində şəhər və kəndləri qəsdən dağıtdığını,bütün mədəni və dini abidələri məhv etdiyini bütün dünyanın diqqətinə çatdırdı.Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb.Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi.Həm öz ərazisində,həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi”.Prezident İlham Əliyev budəfəki çıxış nitqində də ölkəmizə mühüm müsbət imic qazandırdı.QH-nin sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur.Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürməsi, pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən olması, “peyvənd millətçiliyinə” qarşı çıxması,üzv dövlətlər üçün aktual mövzularının həlli istiqamətində apardığı siyasət sözsüz ki,Azərbaycan dövlətinin nüfuzunun daha da yüksəlməsində mühüm rol oynamaqdadır.Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunun artması,beynəlxalq arenada söz sahibinə çevrilməsi hərəkata üzv ölkələrin də diqqətindən qaçmayıb.QH-na üzv dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il- 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul edib.Bu,həm də Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisi,QH üzvləri tərəfindən Azərbaycan Prezidentin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.Azərbaycan QH-na 2019-cu ildən sədrlik edir.2021-ci ildə QH üzvləri Azərbaycana müraciət edərək,sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş edib, Azərbaycan isə bu təkliflə razılaşıb.QH-nin bu ilin iyulunda virtual formatda keçirilmiş Xarici İşlər Nazirlərinin Aralıq Konfransında Hərəkat üzvləri yekdilliklə Azərbaycanın sədrliyinin daha 1 il- 2023-cü ilə qədər uzadılması haqqında qərar verib.Hərəkat üzvləri tərəfindən Azərbaycanın sədrliyinin bir il uzadılmasına dair qərarın verilməsi təsadüfi deyil, bu,QH üzvlərinin Azərbaycana olan etimadının,inamının növbəti təzahürüdür.Hərəkat üzvlərinin Azərbaycan sədrliyinin əlavə olaraq bir il müddətinə uzadılması haqqında qərarı həm də Azərbaycanın ədalətə,beynəlxalq hüquqa və multilateralizmə əsaslanan sədrliyinə verilən obyektiv və yüksək qiymətdir.Azərbaycan isə öz növbəsində QH ölkələrinin bu etimadını yüksək qiymətləndir və təşkilata sədrliyini uğurla davam etdirir.

Təşkilata üzvlük prinsipləri hələ Təşkilatın təsis olunmasından əvvəl 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Konfrans zamanı qəbul edilib.“Biz “Bandunq prinsipləri”ni tam bölüşürük və bu prinsipləri əməkdaşlıq,ölkələr arasında qarşılıqlı fəaliyyət üçün yeganə baza kimi nəzərdən keçiririk.Ərazi bütövlüyü,suverenlik,müstəqillik,qarşılıqlı olaraq bir-birinin daxili işlərinə müdaxilə etməmək - əgər bu prinsiplər bütün ölkələr tərəfindən qorunsa,müharibələr,münaqişələr və ədalətsizlik olmazdı.Biz fəaliyyətimizin ilk günlərindən Qoşulmama Hərəkatının bütün təşəbbüslərində aktiv iştirak etmişik.Düşünürəm ki, bu,Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik üçün namizədliyinə yekdil dəstəyin əsas səbəbi idi”.

ORXAN İSMAYILOV

T.C Eskişehir Osmangazi üniversitetinin tələbəsi

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal üzvü