02 iyul 2022 17:39
584

AZAL-ın İstanbul-Bakı reysinin uçuş saatı texniki səbəbdən gecikir

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin İstanbul-Bakı (J2-076) marşrutu üzrə həyata keçirilən reysinin uçuş saatı texniki səbəbdən (kondisioner sistemi ilə yaşanan problem) gecikir.

“İki sahil” xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Qeyd edilib ki, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq lazımi əşyalarla təmin olunacaqlar.