02 iyul 2022 10:45
553

"SOCAR Energy Switzerland" İsveçrənin ən iri enerji şirkətinə çevrilib

Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov "SOCAR Energy Switzerland" şirkətinin təsis olunmasının 10 illiyinə edilmiş tədbirdə çıxış edib.

“İki sahil” xəbər verir ki, bu barədə səfir öz "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, "SOCAR Energy Switzerland" yarandığı ilk gündən İsveçrənin ən iri enerji şirkətinə çevrilib.

"Həm Azərbaycanın Berndəki səfirliyi, həm də "SOCAR Energy Switzerland" 2012-ci ildə fəaliyyətə başlamasından bəri Azərbaycanla İsveçrə arasında siyasi və iqtisadi münasibətlərin inkişafı üçün əməkdaşlıq edir. Bu nəticələrlə fəxr edirəm", - səfir bildirib.