Bolqarıstan iyulun 1-dən etibarən Azərbaycan qazını tam həcmdə qəbul etməyə başlayıb.
"İki sahil" bu barədə Bolqarıstan KİV-ləri məlumat yayıb.
Qeyd edilib ki, ildə bir milyard kubmetr qaz müqavilə çərçivəsində nəzərdə tutulduğu kimi Yunanıstan-Bolqarıstan interkonnektoru ilə deyil, Mea Mesimvriya müvəqqəti tədarük məntəqəsi vasitəsilə Bolqarıstana nəql olunacaq.