01 iyul 2022 15:44
562

Şəkidəki tarixi kilsənin nə zaman bərpa ediləcəyinə aydınlıq gətirilib

Şəki şəhərində yerləşən 4976 inventar nömrəli kilsə yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxildir.

Bunu “İki sahil”ə Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, tikilişində çay daşları və kərpicdən istifadə edilən kilsənin hazırda bərpa olunmasına ehtiyac var: “Kilsənin bərpa olunması üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edildikdən sonra bərpası nəzərdə tutulub”.