01 iyul 2022 14:21
11380

Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir

Xəzər dənizinin fauna və florasının özünəməxsus zənginliyi var.O başqa dəniz və göllərdən seçilir.Xəzərin faunası tipik dəniz faunasından ciddi fərqlənir.Xəzərin sahil zonasında üç qoruq yaradılmışdır:Azərbaycanda- Qızılağac,Rusiyada- Həştərxan,Türkmənistanda - Xəzər.  Xəzərdə 920-ə yaxın heyvan növü yaşayır.Onurğalıların 79 növü mövcuddur.Bunlardan başqa Xəzərdə 101 balıq növü də mövcuddur.Xəzər dənizində nərə, uzunburun,qaya balığı,ağ qızılbalıq,qızıl balıq,Xəzər siyənəyinin beş növü,dəniz sıfı,ziyad, gülmə,çəki,xəşəm və başqa balıq növləri var.Xəzər dənizində 101 müxtəlif balıq növü və forması yaşayır.Bunlara nərəkimi balıqlardan olan 5 m-lik nəhəng bölgədən tutmuş 45 mm uzunluqda olan hirkanobus xul balığı da daxildir.Növlərin sayı milyon və milyardlarla hesablanır: siyənəkkimilər,xulkimilər,nərəkimilər,gızılbalıgkimilər,durnabalığı,çəkikimilər,naxabalığı və s.Bunlardan durnabalığı,xanıbalığı,dabanbalığı şirin su mənşəlidirlər.Onlar başlıca olaraq çayların dənizlərə töküldüyü yerlərdən yuxarıda və nadir hallarda dənizdə rast gəlirlər.Xəzər dənizində 1809 növ və yarım növ heyvan yaşayır ki,onun 1069 sərbəst yaşayan onurğasızlar,325 növü parazitlər və 415 növü onurğalı heyvanlardır.Mənşəyinə görə Xəzər dənizində beş qrup sərbəst yaşayan heyvanlar ayırd etmək olar ki, bunlar da əsasən dənizin mürəkkəb tarixə malik olduğunu əks etdirir.Xəzər suitisi Xəzərin yeganə məməli heyvanıdır.

Xəzər dənizinin ən mühüm xüsusiyyəti səviyyəsinin mütəmadi olaraq qalxıb-enməsidir.Dənizin səviyyəsinin dəyişməsinə əsas səbəb onun su balansı elementlərinin dəyişməsidir.Su balansının mədaxilini (80%) çay axınları təşkil edir ki,onun da təqribən 85%-ə qədəri Volqa çayının gətirdiyi suların hesabındadır.

Müşahidələr göstərir ki, çay axınları orta qiymətə nisbətən böyük intervalda dəyişikliklərə uğrayırlar. Buna səbəb isə dənizin çox geniş sutoplama hövzəsində(şimal yarım kürəsinin təxminən 20% ərazisi) baş verən hidrometeoroloji proseslərdir. Tarixi dövr ərzində (son 3500 il) dənizin səviyyəsinin dəyişməsi 15 m,son 200 ildə 3.5 m təşkil etmişdir.Xəzər dənizinin səviyyəsində həmçinin fəsli dəyişmələr müşahidə olunur ki,onun qiyməti 30-40 sm intervalında dəyişir.Səviyyə özünün ən yüksək qiymətini iyun-avqust aylarında,ən aşağı qiymətini isə dekabr-fevral aylarında alır.Xəzər dənizinin səviyyəsi 1977- ci ildə Baltik Sistemi ilə mənfi 29,00 m olmuşdur ki,bu da son 500 ildə onun ən aşağı səviyyəsi kimi qeydə alınır.Xəzərin səviyyəsi 1978-ci ildən başlayaraq ildə orta hesabla 15 sm/il sürətlə artmış və 1995-ci ildə ən yüksək səviyyəyə ( -26,50 m BS ) çatmışdır.Bu zaman dənizin səviyyəsi 1977-ci illə müqaisədə 2,50 m yüksək olmuşdur.Xəzər dənizinin səviyyəsi 1996-2000-ci illərdə 35 sm enmiş və 2001-ci ildən yenidən qalxmağa başlamışdır.Belə ki,dənizin səviyyəsi 2001-2005-ci illər ərzində 30 sm-ə qədər yüksəlmişdir.2005-ci ildən Xəzər dənizinin səviyyəsində enmələr müşahidə olunmaqdadır.Son 3 ildə dəniz səviyyəsində stabilləşmə qeydə alınır.Belə ki,səviyyədə müşahidə olunan müntəzəm enmə 2015-ci ildən dayanmış və bu 3 il ərzində Xəzər dənizinin səviyyəsi Baltik sistemi ilə -27,67 m-ə bərabər olmuşdur.Səviyyə üzərində ilk instrumental müşahidələr 1837-ci ildən Bakı məntəqəsində (Bayıl sahəsi) başlanmış və bu günə qədər bütün Xəzər dənizi üzrə 15 məntəqədə,dənizin Azərbaycan sektorunda isə 7 müşahidə məntəqəsində davam etdirilir.Xəzərin səviyyəsində çoxillik tərəddüdlərdən başqa fəsillər üzrə də dəyişmələr müşahidə edilir.Belə ki,ilin isti aylarında soyuq arlara nisbətən Xəzərdə səviyyə daha yüksək olur, yanvar,fevral aylarında minimum,iyul,avqust aylarında isə maksimum qiymət alır.

Bir neçə ildən sonra Xəzər dənizinin səviyyəsi 9-18 metr enəcək. Bu barədə alman və holland alimlərinin “Nature” elmi jurnalında dərc etdirdikləri məqalədə bəhs edilir.Elmi məqalədə alimlərin irəli sürdükləri proqnozlara görə,XXI əsrin sonlarına qədər Xəzər dənizinin səviyyəsi 9-18 metrə qədər azala bilər.Bu isə suyun səthinin 23%-dən,34%-dək  kiçilməsi,Xəzərin şimali və Türkmən şelfləri tamamilə quruyacağı,dənizin cənub və mərkəzi hissələrində də sahil xəttinin xeyli geri çəkiləcəyi deməkdir.Qaraboğazgöl körfəzinin isə tamamilə səhraya çevrilmə ehtimalı var.

2018-ci ildə “Nature” jurnalı NASA-nın bir qrup tədqiqatçısının araşdırmasını dərc edib.Onların gəldiyi qənaətə görə, əgər Xəzərin səviyyəsinin azalması indiki templə davam edərsə,hazırda 78.000 giqaton suyu olan Xəzər dənizi 3000 ildən sonra tamamilə quruyaraq,Aral dənizinin vəziyyətinə düşə bilər.Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür.Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb.Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb.2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur,2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki,bu  da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir.

Hazırda Xəzər dənizinin səviyyəsi ətraf mühit,insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur.Lakin azalma bu qayda ilə uzun müddət davam edərsə,bəzi təsərrüfat sahələrinə,xüsusilə dənizdə neft-qaz əməliyyatlarına,dəniz nəqliyyatına,limanların fəaliyyətinə təsir edə bilər.

Dəniz səviyyəsi üzərində Milli Hidrometeorologiya Departamentinin  hidrometeoroloji müşahidə məntəqələrində müntəzəm müşahidələr aparılır və fəaliyyətləri dənizlə bağlı olan qurumlara dənizin səviyyəsi barədə məlumatlar verilir ki,işlərində və planlaşdırılan layihələrdə nəzərə alsınlar.Xəzər dənizinin sadəcə Azərbaycan üçün coğrafi bir üstünlük,füsunkar bir gözəllik olmadığı,eyni zamanda zəngin neft və qaz yataqları ilə ölkə iqtisadiyyatının şah damarını təşkil etdiyi hərkəsə məlumdur.

“Xəzər dənizinin səviyyəsinin enməsi heç də kiçik bir problem deyil. Onun sahəsi 1990-cı illərdən bəri ildə bir neçə santimetr olmaqla azalır.Səviyyənin enməsi isə ekoloji,iqtisadi, siyasi problemlər yarada bilər.Bu problemlər Xəzər ətafında yaşayan 100 milyona yaxın insanın həyatına birbaşa təsir edə bilər”.Xəzərdə dəniz səviyyəsinin enməsi Bakı,Aktau,Həştərxan,Türkmanbaşı kimi strateji limanlarının giriş-çıxışına da mənfi təsir göstərəcək.Dəniz səviyyəsi endikcə limanlar kənarda qalacaq və gəmilərin limana yaxınlaşmasında problemlər yaranacaq.Bu isə dəniz nəqliyyatı və logistika sektorunu tənəzzülə uğradacaq.“Bu torpağın tərkinbində olan duzlar küləyin eroziyası nəticəsində bir sahədən digərinə daşına və ətrafda şoranlaşmaya,bitkilərin inkişafına mənfi təsir göstərə bilər.Xəzərdəki canlıların da həyatı üçün təhlükə yaratması ehtimal var.

Düşünürəm ki,bu problemə daha ciddi yanaşmaq və bu mövzuda müzakirələri daha artırmaq lazımdır.Elmi mənbələrə əsaslanaraq deyə bilərik ki,1800-cü illərdə Xəzərdə suyun səviyyəsinin  indikindən aşağı olduğu bildirilir.Lakin qeyd etmək istərdim ki,indi arada 200 il fərq var.200 il əvvəl dünya əhalisinin sayı bir milyard indi isə 7.8 milyard insandır.Eynilə Xəzəryanı ölkələrdə də əhalinin sayı durmadan artır.Bu isə Xəzər suyunun daha geniş istifadə edilməsinə səbəb olub.Üstəlik elmi texniki tərəqqi də Xəzər dənizindən müxtəlif məqsədlərlə istifadə edilməsinə səbəb olub ki,bu da suyun səviyyəsini endirib.Xəzər əvvəlki səviyyəsinə nəinki qayıtmaya bilər,əksinə enmələr daha da arta bilər”.Xəzərin səviyyəsində müşahidə edilən çəkilmə sərhədlər və balıqçılıq hüququ ilə bağlı yeni müqavilələrin bağlanmasına, ölkələr arasında siyasi münasibətlərdə gərginlik yarada bilər.

2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulur ki,dövlət dəniz sərhədinin başlanğıc nöqtəsi müəyyənedilmə üsulu ayrıca müqavilə ilə tənzimlənən ilkin düz xətlər olmalıdır.Bu paraqraf Konvensiyada təsadüfi deyil.Biz artıq müəyyən etmişik ki,dənizin səviyyəsindəki dalğalanmalar Xəzərin normal vəziyyətidir.Sahil xətti daim dəyişir,bu da onu ərazi sularının sərhədi kimi “təsbit etməyi” qeyri-mümkün edir.Elə buna görə də,xəritəçəkmə üçün sahil və ya adalardakı ilkin nöqtələrin koordinatlarını birləşdirərək,müəyyən etmək lazımdır ki,birbaşa ilkin xətlər alınsın.Başlanğıc nöqtələri elə seçilir ki,dəniz səviyyəsinin qalxması/enməsi Xəzər dənizinin bölünməsinə dair ikitərəfli və çoxtərəfli sazişlərə yenidən baxılması zərurətinə səbəb olmasın.Qazaxıstan artıq 2017-ci ildə hökumətin müvafiq fərmanında təsbit edilmiş baza səviyyələrinin müəyyən edilməsi metodologiyasına dair qərar qəbul edib.Bununla belə,region ölkələri hələ ki baza səviyyələrinin müəyyən edilməsi metodologiyasını formal şəkildə təsbit edən beştərəfli saziş üzrə razılığa gəlməyiblər.Deməli, “Xəzər beşliyi” hələ bu məsələni həll etməyib.Xəzərin statusunun müəyyən edilməsi məsələsində olduğu kimi, bu problemin həlli də ciddi səylər tələb edəcək və onilliklər çəkə bilər.

Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi hesab olunur.Xəzər dənizinin strateji önəmini artıran amillər onun zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır.1992-ci illərdən başlayaraq Xəzərsahili dövlətlərin Azərbaycanın,Qazaxıstanın,Türkmənistanın,İran və Rusiyanın ikitərəfli və çoxtərəfli görüşlərində də Xəzərin hüquqi statusu məsələsi ilə bağlı müzakirə və danışıqlar başlanmışdır.2002-ci ildə Xəzərin hüquqi statusuna dair Aşqabad şəhərində ilk sammit keçirilmiş və həmin tədbirdə uzunmüddətli perspektiv üçün əməkdaşlığın əsası qoyulmuşdur.2018-ci il 12 avqust tarixində Qazaxıstan Respublikasının Aktau şəhərində dəniz sahili dövlətlərinin ölkə başçılarının növbəti zirvə görüşündə Xəzərin hüquqi statusu haqqında 24 Maddədən ibarət Konvensiya imzalandı və bununla da Xəzər dənizinin hüquqi statusu məsələsi öz həllini tapdı.

Zirvə Toplantısında çıxış edən möhtərəm Prezidentimiz qeyd edib ki,qəbul ediləcək qərarlar Xəzərin potensialını tam reallaşdırmağa,onu sülh,təhlükəsizlik,əməkdaşlıq və ekoloji cəhətdən təmiz zona kimi qoruyub saxlamağa imkan verəcəkdir.Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın əhəmiyyətini önə çəkən dövlətimizin başçısı deyib:Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib.Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.

 Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir.Təhlükəsizlik, hidrometeorologiya,nəqliyyat,suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi,fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində,habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib.Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb.Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək.Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb.Bu istiqamətdə ikitərəfli və çoxtərəfli formatlarda bağlanmış sazişlərin böyük rolu vardır.Cənab Prezident çıxışında bununla bağlı xüsusilə vurğulayıb:“Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri,o cümlədən BMT,ATƏT,İslam Əməkdaşlığı Təşkilatı,MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”.

Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı regional baxımdan sülhə və təhlükəsizliyə yeni çalarlar verəcək,sahilyanı ölkələrin qarşılıqlı münasibətlərinin və əməkdaşlığının inkişafına xidmət göstərəcəkdir.Hazırda Xezerin ekoloji veziyyeti olduqca gergindir.Denizin şelf zonasında problem daha keskindir,artıq bu erazilerde ölü zonalar yaranmışdır.Bezi yerlerde çirklendiricilerin qiymeti normanı 10-20 defe artır.Xezerin çirklenme menbeleri olduqca müxtelifdir.Bununla birlikde onları aşağıdakı kimi qruplaşdırmaq olar.Çirklenme menbeleri içerisinde birinci yeri,Xezere axan çaylar vasitesi ile getirilen çirklendirme tutur.Çaylar vasitesi ile Xezer denizine ilde 75 mln.ton neft mehsulları getirilir ve bunun 95% Volqa çayının payına düşür.Xezeretrafı ölkeler arasında denizin mühafizesi üçün yekdil saziş olmadığından brakonyerlik vüset almışıdır.Çirklenmenin ve brakonyerliyin artması,Xezer etrafındakı balıqartırma zavodlarının evvelki gücle işlememesi denizde bir çox növlerin,xüsusen nere balığının ehtiyatının tükenmesi problemini yaratmışdır.Xezer denizinin bioloji resursları böyükdür ve praktiki olaraq qiymetsizdir,1809 növ ve qruplarda temsil olunmuşlar.Onlardan 1069-u serbest yaşayır,325 parazitik,415 onurğalılar növüne daxildir.Xezerde qalıb,artan nere balıqları bu növün dünya ehtiyatı ve genofondunun esasını teşkil edir ve xüsusi ehemiyyete malikdir.Xezer dünyada bu növün yaşadığı esas daxili sututarıdır,bu növün dünya balıq hasilatının 90%-i Xezere mensubdur.

Eyni zamanda,voblı,sazana,sudaka kimi qiymetli şirin su balıqlarının ehtiyatına göre de Xezer daxili sututarları arasında aparıcı yerlerden birini tutur.Kütüm,kefal,leş,kilke,karp, okuğ,losos,adi şuka kimi balıqlar da yaxşı qida ve ticaret menbeyidir,balıqçılar üçün xüsusi ehemiyyet kesb edir.Xezere axan çaylar vasitesi ile gelen çirklendiriciler,Sahil zonasında yerleşen şeherlerden ve senaye obyektlerinden çirklenme,Denizde neft hasilatı ve neqli ile elaqedar çirklenme.Xezer denizi seviyyesinin qalxması neticesinde sahil zonasında su altında qalmış menbelerden çirklenme.Xezer denizinin sahilleri dördüncü dövr çöküntülerinden yaranmışdır ve özlerinin konfiqurasiyalarının müxtelifliyi ile ferqlenirler.Şimal hissede onlar deyişmez ve hamar,bezi yerlerde ise keskin şekilde girintili-çıxıntılıdırlar.

   Qızlar,Heşterxan,Manqışlaq körfezleri ve çoxlu sayda xırda buxtalar yerleşmişdir.Aqraxan, Buzacı,Tüb-Karaqan ve Manqışlaq yarımadaları xüsusi nezere çarpır.Volqa ve Ural çaylarının mesebinde sahil xetti,öz yerini deyişen,çoxlu sayda adacıq ve su axarlarının konfiqurasiyasından yaranmışdır.Denizin orta hissesi nisbeten hamar sahil xettine malikdir. Qerb sahilinde,denizin cenub hissesi ile serhedde,Abşeron yarımadası yerleşmişdir.Ondan şerqde Abşeron arxipelaqının ada ve sayları nezere çarpır.Bunların içerisinde en irileri Pirallahı ve Çilov adalarıdır.Xəzərin çirklənmə mənbələri olduqca müxtəlifdir.Bununla birlikdə onları aşağıdakı kimi qruplaşdırmaq olar.1)Xəzərə axan çaylar vasitəsi ilə gələn çirkləndiricilər,2)Sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən çirklənmə,3)Dənizdə neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə,4)Xəzər dənizi səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən çirklənmə.Xəzər dənizi səviyyəsinin dəyişməsi sahil zonasında həmişə sosial-iqtisadi və ekoloji problemlər yaratmışdır.Məsələn,səviyyənin endiyi hallarda bütün hidrotexniki qurğuların,o cümlədən limanların,yenidən tikilməsinə ehtiyac yaranır.Xəzər faunasının məskunlaşdığı və inkişaf etdiyi şelf zonasının sahəsi azalır,balıqların kürü tökmək üçün çaylara keçməsinə əngəl yaranır.Bu zonanın hidrometeoroloji rejimində də mənfi dəyişikliklər baş verir.Səviyyənin qalxdığı hallarda da sahil zonasının sosial-iqtisadi həyatına külli miqdarda ziyan dəyir,ekoloji şərait pisləşir,bataqlıqlar yaranır,evlər və torpaqlar su altında qalır.1978-1995-ci illərdə səviyənin 2,5 m qalxmasından Azərbaycan sahil zonasında "ekoloji qaçqınlar" yaranmışdır.Səviyyənin bu qalxmasından Azərbaycana birbaşa dəyən zianın miqdarı 2 milyard ABŞ dollarıdır.

Əvvəllər Xəzər dənizi iki dövlətin sərhədlərində yerləşmişdir.1991-ci ildə SSRİ-nin dağılması Xəzər ətrafında beş müstəqil dövlət və yeni geosiyasi şəraitin yaranması ilə nəticələndi.Yeni geosiyasi şəraitlə əlaqədər Xəzərin statusu problemi meydana gəldi.Xəzərətrafı ölkələrin mövqelərinin müxtəlifliyindən bu problem hələ də həll olunmamış qalır.Azərbaycan Respubliksının fikrincə Xəzər beynəlxalq daxili göldür və onun suları mediana prinsipi ilə beş sektora bölünməlidr.Qazaxıstanın fikrincə Xəzər beynəlxalq daxili dənizdir (təqribən Rusiya Federasiyasının fikri də belədir) və onun dibi mediana boyunca sektorlara bölünməlidir.Su qatının bölünməsi üçün bu iki dövlət başqa təkliflər verirlər.İran İslam Respublikası əvvələr dənizə müştərək sahiblik,yəni kondominium variantını təklif edirdi.Son vaxtlar İran tərəfi dənizi 20%-lə beş sahil dövləti arasında bölməyi təklif edir.Bu təklifin elmi və siyasi əsası yoxdur,dünya təcrübəsində heç vaxt tətbiq olunmamışdır.Xəzər dənizi olduqca seysmoaktiv regionda yerləmişdir.1895-ci ildə Krasnovodskda Rixter şkalası ilə 8,2 (12 ballıq şkala ilə11-12) ball güçündə zəlzələ baş vermişdir.Mətəxəssislərin fikirincə intensiv neft kəşfiyyatı və hasilatı Xəzərdə tektonik plitaların hərəkitini sürətləndirməklə seysmik şəraiti aktivləşdirir.Bunlardan əlavə Xəzərdə tez-tez palçıq vulkanlarının püskürməsi müşahidə olunur.Palçıq vulkanlarının ən çox sayı Bakı arxipelaqı rayonundadır.Burada ada və sayların çoxu vulkan mənşəlidir.Xəzər dənizi böyük həcmdə hidrokarbon ehtiyatlara malikdir.Müxtəlif hesablamalara görə Xəzərdə olan neft ehtiyatları 200 milyard barrelə çatır.

Bundan başqa dənizdə böyük həcmdə təbii qaz ehtiyatları var.Xəzərin hidrokarbon ehtiyatlarının çıxarılmasında ətraf dövlətlər və xarici korporasiyalar fəal şəkildə iştirak edirlər.Bu gün Xəzər dənizi dünyada enerji təhlükəsizliyində əsas rol oynayan regionlardan biridir Xəzərdə hasil olunan enerji resursları həm sahil ölkələrinin, həmdə ətraf regiona daxil olan ölkələrin inkişafında vacib rol oynayır.Xəzər əhəmiyyətli nəqliyyat yolu və ətraf mühitin və havanın təmizliyində əhəmiyyərli faktor olmaqla yanaşı qiymətli təbii yataqlara malikdir.Xəzərin əsas sərvəti neft və qazdır.1994-cü ilin sentyabr ayında qərb dövlətlərinin konsertləri ilə bağlanan müqavilə "əsrin müqaviləsi" adlanır.Aparılan tədqiqatlar göstərir ki,Xəzər dünyada böyük neft anbarıdır.Hal-hazırda Azərbaycanda hasil olunan neftin 67 %-i, qazın isə 95 %-i Xəzərdən çıxarılır.Xəzər nadir və qiymətli balıq növləri ilə də zəngindir.Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası 2003-cü il noyabrın 4-də Tehran şəhərində imzalanmış,Azərbaycan Respublikasının 2006-cı il 4 aprel tarixli Qanunu ilə təsdiq edilmişdir.Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq,cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu 2011-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış,Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir.Protokol bütün Xəzəryanı ölkələr tərəfindən ratifikasiya edildikdən sonra 25 iyul 2016-cı il tarixində qüvvəyə minmişdir.Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında Protokolu 2012-ci il dekabrın 12-də Moskva şəhərində imzalanmış,Azərbaycan Respublikasının 25 fevral 2014-cü il tarixli Qanunu ilə təsdiq edilmişdir.

Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Protokol 2018-ci il iyulun 20-də Moskva şəhərində imzalanmışdır.Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində (29 sentyabr 2014-cü il, Həştərxan şəhəri) imzalanmış sazişlər:

“Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Saziş,

“Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Saziş

“Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlığa dair” Saziş.

Orxan İSMAYILOV,
Eskişehir Osmangazi Üniversitetinin tələbəsi,
YAP Xətai rayon təşkilatının fəal üzvü