01 iyul 2022 10:47
615

SOCAR Müşahidə Şurasının iclası keçirilib

SOCAR Müşahidə Şurasının növbəti iclası keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Müşahidə Şurasının sədri Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, iclasda Şirkətdə idarəetmə standartlarının təkmilləşdirilməsi müzakirə edilib, səmərəliliyin yüksəldilməsi, Şuranın Koordinasiya Ofisinin fəaliyyətinin qiymətləndirilməsi və bərpa olunan enerji istehsalında investisiya strategiyası barədə müzakirələr aparılıb.