30 iyun 2022 21:38
638

Ağdam bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq

Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir

44 günlük  Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusu düşmənə layiqli və sarsıdıcı zərbə vuraraq 30 il ərzində işğal altında qalan torpaqlarımızı işğaldan azad etdi və tarixi ədalət bərpa olundu.

Tarixi zəfərdən sonrakı dövr ərzində ölkə Prezidentinin müvafiq tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə start verilmişdir. Erməni vandalları 30 illik işğal dövründə şəhər və kəndlərimizi, tarixi mədəniyyət abidələrimizi məhv etmiş, dövlətimizə ciddi maddi və mənəvi ziyan vurmuşdur. Bu gün Azərbaycan dövləti tək başına, daxili maliyyə vəsaitləri hesabına işğaldan azad olunmuş şəhər və kəndlərimizin bərpa işlərini uğurla davam etdirir.

İşğaldan azad olunan ərazilərimizdə yol, dəmiryol nəqliyyatı infrasturukturunun, sənaye parklarının, hava limanlarının və bir sıra strateji əhəmiyyətə malik obyektlərin inşası istiqamətində qısa müddət ərzində böyük işlər görülmüşdür və bu proses bu gündə uğurla davam etdirilir.

Azad olunan digər şəhərlərimiz kimi Ağdam rayonunda da infrasturukturun bərpası və tikinti-quruculuq işləri davam etdirilməkdədir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 160 min insan yaşayırdı. Hazırda  isə Ağdam rayon sakinlərinin sayı 205 mindən artıqdır.

Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq.

Ölkə Prezidenti cənab İlham Əliyev Ağdama səfəri zamanı demişdir: ”İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var.”

Bəli, bu gün Ağdam rayonu üçün yeni dövr, yeni həyat başlayıb və rayonumuza bu yeni həyatı, yeni nəfəsi və yeni dövrü bəxş edən isə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir.

Digər rayonlarımız kimi Ağdamın da azad edilməsinə səbəb olan,  şanlı Vətən  müharibəsini tarixi Zəfərlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun!

Mansur Quliyev,
YAP Ağdam rayon təşkilatının sədri