30 iyun 2022 23:12
496

Məişət zorakılığına qarşı mübarizə

“Azərbaycan respublikasının İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Fəaliyyət Planı”a əsasən Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda məktəbli qızlar və müəllimlərin iştirak ilə maarifləndirilmə tədbiri keçirildi.

Öncə Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Məktəbin direktoru Mehriban Əzizova tədbiri açıb vətəndaş hüquqlarının pozmasına gətirib çıxaran məişət zorakılığı haqqında ətraflı danışdı. Söz tədbirin təşkilatçılardan biri olan rayon Tarix-Diyarşünaslıq Muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva veriləndə o, dedi:- Məişət zorakılığının qarşısının alınması üçün güclü qanunvericilik, dövlət dəstəyi ilə yanaşı, cəmiyyətin özü, xüsusilə vətəndaş cəmiyyəti belə hallara qarşı ciddi reaksiya verməli, yalnız və yalnız birgə səylərlə daha əməli, daha doğru nəticə əldə etmək mümkün olar.

Muzeyin əməkdaşı Dilgüşə Məmmədova isə öz çıxışında yeniyetmə qızlara ölkəmizin gələcəyi sağlam və əmin əllərdə olmasında ötrü onların bu gün doğru maariflənməsinə milli-mənəvi dəyərlərə qiymət verərək elmə yiyələnmək və gələcəyimizin tərbiyəçi ananları olaraq mükəmməl şəkildə yetişmələrini tövsiyə etdi.

Tədbirin sonunda yeniyetmə qızların mövzu ilə bağlı suallara cavab verildi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü