30 iyun 2022 03:17
728

Bu tarixi faktları bilirdinizmi?

Bəli, tarixi bilmək vacibdir. Təkcə dahi insanlar və əsas tarixlər deyil, həm də tarixdə olan qəribə hadisələrdən məlumatlı olmaqla dünyagörüşünüzü genişləndirə bilərsiniz:

Hindu toyuqlarına bir vaxtlar tanrılar kimi tapınırdılar. Hal-hazırda hind toyuğunun əti Amerikada Şükran Günü yeməyinin sevimli hissəsidir. Bir vaxtlar bu quşa o qədər hörmət edilirdi ki, onlar dini ayinlərdə iştirak üçün əhilləşdirilirdilər. Onlar güc və prestij simvolları idi və maya ikonoqrafiyası və arxeologiyasında bu haqda çoxlu tapıntılar tapılıb.

Tarixdəki ən böyük fəlakətlərin bir çoxu yuxusuzluq səbəbindən baş verib. Exxon Valdez neft sızması, “Challenger” servis partlayışı, Çernobıl nüvə fəlakəti və s. Bunların hamısı bu və ya digər şəkildə bu cür fəlakətlərin qarşısının alınmasında məsul şəxslərin yorğunluğu və yuxusuzluğundan törəyib.

Bir zamanlar qadınları ağızlıq taxmağa məcbur edilirdilər. pCəza olaraq, qadınları bu halda şəhərdə gəzdirirdilər. Ağız və ya başa qəfəsə bənzəyən və arxa tərəfində asma kilidi və cilovu olan bir vasitə keçirilirdi. Ondan istifadə ilk dəfə Şotlandiyada (1567) qeydə alınıb.

Kosmosa səyahət 17-ci əsrdə təklif edilib. Siz kosmosa səyahətin müasir konsepsiya olduğunu düşünürdünüz, lakin ingilis ilahiyyatçısı Con Uilkins bu ideyanı 1600-cü illərdə irəli sürüb. Kitablarında o, "uçan arabaların" insanları Aya apara biləcəyini təklif edirdi, onun fikrincə, burada mühüm ticarət tərəfdaşları ola biləcək digər canlılar yaşayır. Baxmayaraq ki, onun planında bir neçə boşluq var idi: o hesab edirdi ki, astronavtların xüsusi tənəffüs avadanlığına ehtiyacı olmayacaq, çünki onlar sadəcə olaraq yüksək səmada daha təmiz havaya öyrəşəcəklər.

Janna d'Ark moda ikonası imiş. Sonradan o, Fransanın qəhrəmanı oldu və müqəddəsləşdirildi, lakin onun həm də üslub ilahəsi olduğunu az adam bilir. Saçlarını qısa kəsdirdikdən illər sonra o, moda ikonasına çevrildi və məşhur bob saç düzümünün ilham mənbəyi oldu.

Alış-veriş arabaları əvvəllər populyar deyildi. Bu gün həyatı onlarsız təsəvvür edə bilmirik. Onun ixtiraçısı Silvan Qoldman (“Humpty Dumpty” ərzaq mağazaları sahibi) ilk dəfə yeni ixtirasını təqdim edəndə heç kim ondan istifadə etmək istəmirdi. O, öz mağazalarını gəzdirmək və onların rahatlığını nümayiş etdirmək üçün “yalançı müştərilər” tutmalı olub.

Qadınlar bir vaxtlar siqaret çəkmək hüququ qazanmaq uğrunda mitinq keçiriblər. Biz qadınların səsvermə hüququ uğrunda apardıqları mübarizə ilə tanış olsaq da, qadınların siqaret çəkmə hüququ uğrunda mübarizəsi az adama məlumdur. Spirtli içkilərin qadağan edilməsi üçün mübarizə aparan eyni təşkilat qadınlara ictimai yerlərdə siqaret çəkməyi qadağan etməyə çalışırdı.1929-cu ildə bir qrup qadın siqaret çəkərək və əllərində siqaretin "azadlıq məşəli" olduğunu göstərən lövhələrlə küçələrə çıxdılar.

Çəngəllərdən istifadə əvvəllər müqəddəs hesab edilirdi. Çox istifadə edilən çəngəllər bir vaxtlar küfr sayılırdı. Çəngəl ilk dəfə 11-ci əsrdə İtaliyaya gətirilmişdi.

Ketçup 1830-cu illərdə dərman kimi satışa çıxarılmışdı. 1834-cü ildə Con Kuk adlı Ohayolu həkim onu həzmsizlik üçün dərman kimi bazara çıxardı. 19-cu əsrin sonlarına qədər ədviyyat kimi populyarlaşmamışdı.

1912-ci ildən 1948-ci ilə qədər Olimpiya Oyunlarında təsviri incəsənət müsabiqələri də keçirilirdi. Medallar ədəbiyyat, memarlıq, heykəltəraşlıq, rəssamlıq və musiqi üzrə verilirdi. Təbii ki, yaradılan sənət olimpiya mövzusunu daşımalı idi. Müasir Olimpiya Oyunlarının banisi Pyer de Fredinin fikrincə, qədim yunanlar oyunlarla paralel olaraq incəsənət festivalları keçirdikləri üçün sənətin əlavə edilməsi zəruri idi. Sonralar bu bədii hissə ləğv edildi.

Nubar Süleymanova, “İki sahil”