28 iyun 2022 22:02
653

Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biridir

Rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104-cü ili tamam oldu. Müsəlman Şərqində ilk dəfə istiqlaliyyət əldə etmiş Azərbaycan Xalq Cümhuriyyəti  demokratik respublikanı yaradakən çox gözəl dərk edirdilər ki,  müsəlman dünyasının  bu “şah əsəri”ni qorumaq üçün güclü ordunun olması ən vacib məsələrdən birdir. Müəllifi olduqları “İstiqlal bəyannaməsi”ndə də  məhz qarşıya belə bir vəzifə qoyulmuşdu: Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Həmin ilin avqustunda  Azərbaycanın Hərbi Nazirliyi təsis olundu.  Qısa zamanda Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf əraziləri erməni-bolşevik işğalından azad etdi.

Azərbaycan Demokratik Respublikası cəmi 23 ay  yaşadı. Sovet imperiyası AXC-nin qısa müddətli  fəaliyyətinə son qoydu. Bundan sonra Hərbi Nazirlik də ləğv olundu. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bir-birni əvəz edən hakimiyyət Milli Ordu yaratmaqda aciz qaldı. Ölkədə tüğyan edən qeyri-qanuni silahlı qruplaşmalar,  müxtəlif  adamlara xidmət göstərərən silahlı dəstələr, nizami ordunun olmaması vəziyyəti getdikcə ağırlaşdırır, torpaqlarımız hissə - hissə Ermənistan ordusu tərəfidən işğal olunurdu. Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra  ölkədə nizami ordunun formalaşdırılması istiqamətində qətiyyətli addım atıldı.

Ümummilli liderin  rəhbərliyi altında 1993-cü ilin dekabr-1994-cu ilin yanvar aylarında həyata keçirilən məşhur ”Horadiz əməliyyatı”nın nəticəsində həmin şəhər də daxil olmaqla 22 yaşayış məntəqəsi azad  edildi. Azərbaycanın formalaşan ordusundan ilk ağır zərbəni alan düşmən tərəf elə həmin ilin may ayının 12-də atəşkəs sənədi imzalamağa məcbur oldu. Azərbaycan Respublikası öz ordusunu mohkəmləndirib, torpaqlarını azad etmək üçün strateji imkanlar  əldə etdi. Ulu öndər Heydər Əliyev 1998-ci il 22 may tarixli qərarı ilə 26 iyun  tarixini Silahlı Qüvvələr Günü kimi müəyyən etdi. Azərbaycan Ordusunun hərbi hazırlığı, madi-texniki təchizatı, xüsusilə də vətənpərvərlik ruhu yüksəliş yoluna qədəm qoydu.

Ulu öndərin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ordu quruculuğu yeni mərhələyə qədəm qoydu.  Silahlı Qüvvələrimiz  getdikcə gücləndirildi. Gənc nəslin hərbi vətənpərlik ruhunda yetişməsi  prioritet vəzifə kimi qarşıya qoyuldu.  Artıq ordumuzun şöhrəti beynəlxalq aləmə  yayılırdı.  Hərbçilərimiz beynəlxalq terrorizmə qarşı mübarizədə fəallıq göstərirdilər. Silahlı qüvvələrimiz  düşmən əsarətində olan ərazimizi hər an azad etməyə qadir idi. Rəşadətli  Ordumuz  bu gücünü 2016-cı ilin Aprel döyüşlərində təkcə düşmənə deyil,  bütün dünyaya nümayiş etdirdi. Həmin döyüşlərdə Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  yenilməz ordumuz  düşünülmüş  əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Bu döyüşlərdə  Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min  hektardan çox hissəsini və mühüm əhəmiyyətli strateji yüksəklikləri azad etdi.  Həmçinin Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqelər ələ keçirildi. Azərbaycan Ordusu dörd günlük Aprel döyüşləri ilə xalqımıza əsl qələbə sevinci yaşatdı.

2018-ci ildə  Naxçıvanın Şərur rayonun “Günnüt əməliyyatı”nda  və 2020- ci il Tovuz əməliyyatında rəşadətli ordumuzun işğalçı Ermənistan ordusuna vurduğu ağır zərbələr düşməni çaşqın vəziyyətə saldı. Bundan nəticə çıxarmaq əvəzinə, işğalçılar xarici havadarlarının köməyi ilə yenidən sərhədlərimizdə təxribatlar törətdilər. Bu dəfə –2020-ci il sentyabrın 27- də Ermənistan hərbçiləri başladığı müharibədə ilk gündən aldığı güclü zərbələrdən özünü itirdi. Otuz il ərzində özünün “yenilməz ordusu” haqqında mif yaradan Ermənistanın siyasi və hərbi rəhbərliyi cəmi 44 gündən sonra təslim olduqlarını rəsmən etiraf etdilər. Düşmən diz çökdü və kapituluasiya aktını imzalamağa məcbur edildi.
İşğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri ilə yanaşı, yeni hərbi hissələr də yaradılır. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həmin hərbi hisələrin açılışında şəxsən iştirak etməsi hərbçilərimizi daha da ruhlandırır. Məhz bunun sayəsində Azərbaycan Ordusu dünyanın ən güclülərindən birdir.

Azər Süleymanov,
YAP Nəsimi rayon təşkilatının sədri