26 iyun 2022 10:53
1121

“Açıq mikrofon” aksiyaları davam edir

“Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası davam edir.
İB-dən AZƏRTAC-a bildirilib ki, növbəti həftə iyunun 28-dən iyulun 1-dək daha 2 rayon və 2 şəhərdə “Açıq mikrofon” aksiyaları keçiriləcək.
Aksiya iyulun 28-də saat 11:00-da Gəncə şəhərində (Qələbə Parkı), iyunun 29-da saat 11:00-da Samux rayonunda (Arif Nəbiyev 54, İcra nümayəndəliyi) iyunun 30-da saat 15:00-da Goranboy rayonunda (Gənclər Parkı), iyulun 1-də saat 11:00-da Naftalan şəhərində (Nəriman Nərimanov Parkı ) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.