24 iyun 2022 22:27
592

Çexiya şirkətləri sənaye zonalarında yaradılmış investisiya mühitindən yararlanmağa dəvət edilib

Çexiyanın Azərbaycandakı Səfirliyinin İqtisadiyyat və Ticarət məsələləri üzrə katibi Klara Zeldova ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev arasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki, agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev ölkədə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün yaradılmış investisiya mühiti, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib.

Görüşdə Çexiya şirkətlərinin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları və digər əməkdaşlıq məsələləri müzakirə edilib.