24 iyun 2022 17:00
623

"Neftçi"nin rəqibindən daha bir tranfser

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kipr "Aris"i yeni futbolçu transfer edib.

"İki sahil" Limasson klubunun rəsmi saytına istinadən xəbər verir ki, slovakiyalı yarımmüdafiəçi Yulius Söke ilə müqavilə imzalanıb.

27 yaşll yarımmüdafiəçinin sözləşməsinin müddəti açıqlanmayıb.

Ötən mövsüm İsrailin "Hapoel" (Kiryat Şmona) klubunda çıxış edən futbolçu 15 görüşdə meydana çıxıb 1 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.