24 iyun 2022 14:18
1172

SOCAR və ENOC arasında birgə layihələr üzrə perspektivlər müzakirə edilib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin Milli Neft Şirkəti (ENOC) arasında birgə layihələr üzrə perspektivlər barədə müzakirə aparılıb.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov özünün “Twitter” səhifəsində yazıb.

“ENOC şirkətinin sədri Saeed Məhəmməd Əhməd Əl Tayer ilə SOCAR və ENOC arasında treydinq üzrə əməkdaşlıq, investisiya imkanlarının müəyyənləşdirilməsi və birgə layihələr üzrə perspektivlər barədə müzakirə apardıq”, - deyə M.Cabbarov bildirib.