23 iyun 2022 15:28
339

IGB kəmərinin kommersiya məqsədli istifadəyə verilməsinə hazırlıq davam edir

“Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) kommersiya məqsədli istifadəyə verilməsinə hazırlıq gedir”.

“İki sahil”ə IGB operatoru olan ICGB-dən verilən məlumat görə, iyunun ortalarından təbii qazın xəttə vurulması ilə interkonnektorun 182 kilometrlik marşrutu boyunca sınaqlar aparılıb, onun həcmi hazırda 3,7 milyon kubmetrdir.

“Sınaqların birinci mərhələsi çərçivəsində Komotini istiqamətində təbii qaz verilir. Nəmin və oksigenin boru kəmərinə daxil olmasının qarşısını almaq üçün bütün bölmələr əvvəlcədən azotla təmizlənir. Bu, infrastrukturun kommersiya məqsədli istismarına hazırlanması üçün məcburi texniki tələblərdən biridir”, - məlumatda bildirilir.

Qeyd olunur ki, interkonnektor kommersiya məqsədli istismara verildikdən sonra kəmərə veriləcək təzyiq müvafiq gündə nəql olunan təbii qazın miqdarından asılı olaraq dəyişəcək.