23 iyun 2022 14:56
357

Avropa Parlamentində ölkədəki mina problemi ilə bağlı müzakirələr keçirilib - FOTO

Avropa Parlamentində Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində basdırdığı mina problemi ilə bağlı müzakirələr keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycanın Avropa İttifaqı yanındakı Nümayəndəliyinin rəsmiləri müzakirələrdə iştirak ediblər.

Tədbirdə Avropa İttifaqının qonşuluğunda minalarla mübarizə məsələsi gündəmə gətirilib. Qeyd olunub ki, bununla bağlı ciddi təhlükə mövcuddur.