Rusiya Ukraynada taxıl oğurlamayıb.
“İki sahil” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna və Qərbin Moskvaya qarşı taxıl oğurlamaq ittihamlarını şərh edərkən bildirib.
Peskov jurnalistlərə “Rusiya heç bir taxıl oğurlamayıb” deyib.
O, bu mövzu ilə bağlı digər şərhlər üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edib.