23 iyun 2022 14:40
366

“Neftçi”nin “Aris”lə oyunlarının başlama saatı dəqiqləşib

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə keçirəcəyi oyunların başlanma saatı müəyyənləşib.

“İki sahil” xəbər verir ki, iyulun 21-i “AEK Arena”da baş tutacaq “Aris” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

İyulun 28-i “Bakcell Arena”da təşkil olunacaq cavab qarşılaşması isə saat 21:00-da başlanacaq.