22 iyun 2022 15:32
769

Yayda necə qidalanmalı, nə yeməliyik?

Yay aylarında necə qidalanmalıyıq? İsti havalarda qidalanmada nələrə diqqət etməliyik?

“İki sahil” xəbər verir ki, bu barədə Referans Poliklinik Mərdəkan filialının endokrinoloq-diyetoloqu Vüsalə Babayeva məlumat verib.

Həkim qeyd edib ki, yay aylarında ilk növbədə, orqanizmin su və mineral balansını qorumağa diqqət yetirilməlidir.

V.Babayevanın ayda qidalanmaya dair məsləhətlərini təqdim edirik:

- Daha çox su qəbul etmək;

- Həzmi rahat olan qidalar qəbul etmək;

- Ədviyyatlardan az istifadə etmək;

- Paketlənmiş, işlənmiş hazır qidalardan uzaq durmaq;

- Şəkərli və qazlı içkilər əvəzinə, təbii mənbələrdən olan içkilər istifadə etmək;

- Çay və qəhvə qəbulu sayını azaltmaq;

- Gün ərzində qidalanma sayını azaltmaq.