22 iyun 2022 03:21
647

Dünya və insan haqqında 5 heyrətamiz fakt

İstirahət edərkən və ya metroda ehtimal ki, əvvəllər eşitmədiyiniz heyrətamiz faktlardan ibarət bu qısa, lakin çox maraqlı məqaləni oxuyaraq dünyagörüşünüzü genişləndirə bilərsiniz:

Dünyanın ən qədim taxta çarxı 5000 ildən çoxdur ki, mövcuddur. 2002-ci ildə Sloveniyanın paytaxtı Lyublyana yaxınlığındakı bataqlıq ərazidə tapılıb. Araşdırmalar göstərib ki,bu çarx təxminən 5000-5300 il əvvəl hazırlanıb. Onun diametri 72 santimetrdir və kül ağacından hazırlanıb.

Evlərimizdəki ev tozunun üçdə iki hissəsi ölü buynuzlu dəri hüceyrələrindən ibarətdir. Hər dəqiqə bədənimiz 30 min ölü dəri hüceyrəsini tökür. Hər bir insan ömrü boyu ən azı yüz kiloqram “köhnə dəri” itirir ki, bu da döşəmədə, çarpayıda və yumşaq mebeldə yığılaraq toz gənələri və kiflərin mənbəyinə çevrilir.

Sudan piramidaların sayına görə dünyanın ən böyük ölkəsidir. Misirdə 138 piramida aşkar edilib, Sudanda onların sayı 255-ə yaxındır.

İnsan bədənində qan damarlarının ümumi uzunluğu 100 min km-dir. Bu, Yer ekvatorunun uzunluğundan iki dəfə çoxdur. İnsanın qan dövranı sistemi damarlar, arteriyalar və kapilyarlardan ibarətdir. Kapilyarlar arteriya və venaları birləşdirir, onların ümumi sayı 100 ilə 160 milyard arasında dəyişir.

“Bumblebee” yarasa dünyanın ən kiçik məməlisidir. Bu miniatür məxluqun çəkisi cəmi 2-2,6 qramdır. O, həmçinin "donuz yarasa" kimi tanınır və dünyanın ən kiçik məməlisi kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. Təbiətin bu möcüzəsini görmək üçün Tailandın qərb hissəsinə və ya çaylar boyunca Myanmanın cənub-şərq hissəsinə getməlisiniz.

Nubar Süleymanova, “İki sahil”