18 iyun 2022 19:19
1018

“Azəriqaz”ın baş direktoru Quba və Qusar sakinləri ilə görüşəcək

“Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev Quba rayonunda vətəndaşlarla görüşəcək.

İB-dən "İki sahil"ə verilən məlumata görə, iyunun 20-də saat 11:00-da Quba rayon Heydər Əliyev Mərkəzində baş tutacaq görüşdə Quba və Qusar sakinlərinin müraciətləri dinləniləcək. Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Xaçmaz Regional Qaz İstismarı İdarəsinə müraciət edə bilərlər.