KÖŞƏ

Vəli İlyasov

Erməni erməni vəhşiliyi haqqında danışdı

07 iyun 2022 01:15
845

Amerikalı Kardaş işğal dövründə Şuşada nələrin şahidi olub?

“Ermənilər Naxçıvanda iki azərbaycanlını qətlə yetirdilər, amma bu qətli unutdular. Müharibənin başladığı yer buradır. Məni təəccübləndirən siyasi məqamlar var. Zori Balayanın başçılıq etdiyi nümayəndə heyəti ruslarla danışıqlar aparmaq üçün İrəvana getdi və onlara dedi: “Qarabağda bizə kömək edin, biz də çeçenlərə və ya başqa müsəlmanlara qarşı müharibədə sizə kömək edək”. Təbii ki, ermənilərin özləri Azərbaycanı məğlub edə bilməzdilər. Silah və təyyarələri Rusiya göndərirdi”.

Bu barədə hazırda ABŞ-da yaşayan erməni heykəltəraş Onik Kardaş Türkiyənin TRT Haber telekanalına müsahibəsində danışıb. Kardaşın sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər işğal altında saxladıqları Şuşada olmazın vəhşiliklər törədiblər. “Sürücüm Şuşa şəhərindən idi, bir dəfə mənə demişdi ki, 80 azərbaycanlının başını daşla vuraraq öldürüb. Sonra soruşdum: Bunu necə etdin? Sürücü cavab verdi ki, yalnız birinci dəfə çətindir, çünki insan dərhal ölmür. Ancaq bunu bacardıqdan sonra, bir zərbə ilə onu öldürə bilərsiniz. Masada oturub kabab yediyimizi xatırlayıram... Bir oğlan atasından xahiş etdi ki, azərbaycanlıların başını necə kəsdiyini danışsın. Süfrədə əyləşənlər eyni vaxtda yemək yeyir, dinləyirdilər. Bu millət belə qanlı hekayələr üzərində böyüyür”, – Kardaş acı xatirələrini bölüşür.

Erməni heykəltəraş ermənilərin ölən azərbaycanlıların cəsədlərini ələ saldıqlarını, təhqir etdiklərini də qeyd edib: “Qəbirlərdə deşiklər açır, kəlləni çıxarır, qızıl dişləri çıxarırdılar. Kəllənin özünü isə məzardan kənara atırdılar. Qəbiristanlıqdan keçəndə qəbirlərdən çıxarılmış kəllələrin necə ayaqlar altında qaldığını görürsən. Şuşanın mərmərdən olan pilləkənləri var. Azərbaycanlılar bu plitələri qaldırsalar, görərlər ki, bu, qohumlarının məzar daşlarıdır. Ermənilər mərmər başdaşıları söküb binaları guya belə “abadlaşdırırdılar. Mən orada idim və hər şeyi öz gözlərimlə gördüm”, – Kardaş bildirib.

Kardaş ermənilərin törətdikləri vəhşiliklərin yalnız bir neçəsinin şahidi olub. Onlar isə saysız-hesabsızdır. Görünür Kardaş bilmir ki, goreşən qardaşları Ağdamın "İmarət Qərvənd" qəbiristanlığından Azərbaycan şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın cənazəsini məzardan çıxararaq Ermənistana aparıblar. Nə üçün? Suala cavab verən yoxdur və məqsəd bilinmir.

Şübhəsiz ki, Kardaş yüz il əvvəl Andronikin, Dronun, Qaregin Njdenin, Hamazaspın, Lalayanın, Şaumyanın, yüz il sonra Zori Balayanın, Suren Ohanyanın, Monte Melkumyanın və bir çox başqa başkəsənlərin yüz minlərlə azərbaycanlını necə vəhşiliklə qətlə yetirdiklərini də bilir. 1991-ci ildə Hamamlı rayonunda (Spitak) uşaqları dəmir borunun içinə yığıb onun hər iki başını qaynaq etməklə körpələri boğub öldürdüklərini isə eşitmiş olar. Xocalıdan, Kəlbəcərdən və digər rayonlarımızdan əsir götürdükləri cavan kişiləri erməni qəbirlərinin üstündə necə qurban kəsildiklərini bilməmiş olmaz. Yəqin eşitməmiş və ya görməmiş olmaz ki, ermənilər tutduqları kəndlərimizdə məscidləri necə dağıdaraq müsəlmanların dini əqidələrini kobudcasına təhqir ediblər. Məscidlərdə donuz saxlayıblar.

Ancaq Kardaş yalnız öz gözünün şahidi olduqlarından danışır. Yaxşı ki, erməni olsa da nəhayət, dünyaya həqiqəti danışmağa başlayıb. Onun öz soydaşlarının vəhşiliklərindən söz açması, insanlıqdan uzaq olan belə qətliamları etiraf etməsi , öz qövminin barbarlığını açıq şəkildə bildirməsi bizim üçün çox gərəklidir. Axı, bütün bunları danışan ermənidir. Heç olmasa indi kar qulaqlar onun dediklərini eşitməli, kor gözlər isə göstərdiyi faktları görməlidir. Bu karlıqlar və korluqlar əbədiyyətə qədər davam edə bilməz ki!

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?