05 iyun 2022 10:45
766

Daha beş rayonda vətəndaşların təbii qazla bağlı problemləri dinləniləcək

"Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası davam edir.

İB-dən “İki sahil"ə bildirilib ki, növbəti həftə daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya iyunun 6-da saat 12:00-dan 13:00-dək Ağsu rayonunda (M.Ə. Rəsulzadə küçəsi, İstirahət Parkı), iyunun 7-də saat 11:00-dan 12:00-dək Qobustan rayonunda (Heydər Əliyev Parkı), iyunun 8-də saat 12:00-dan 13:00-dək Şamaxı rayonunda (S.Ə.Şirvanı küçəsi 74, Tarix-Diyarşünaslıq Muzeyinin qarşısındakı park), iyunun 9-da saat 12:00-dan 13:00-dək Ucar rayonunda (Heydər Əliyev Parkı) və iyunun 10-da isə saat 12:00-dan 13:00-dək İsmayıllı rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.