04 iyun 2022 13:19
665

SOCAR ilə BP arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

Şuşa xüsusi sessiyası çərçivəsində SOCAR ilə BP arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb.

"İki sahil" xəbər verir ki, sənədi SOCAR-ın birinci vitse-prezidenti Rövşən Nəcəf və BP-nin Regional prezidenti Qəri Counz imzalayıb. Sənəd Azərbaycan Respublikasında bərpaolunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlıq məsələlərini və birgə layihələrin həyata keçirməsini nəzərdə tutur.