03 iyun 2022 16:31
712

SOCAR-ın vitse-prezidenti: Digər ölkələrin Cənub Qaz Dəhlizi ilə qaz almağa marağı artır

Cənub Qaz Dəhlizinin açılışı Azərbaycanın enerji bazarında təbii qaz ixracatçısı kimi rolunu gücləndirməyə imkan verib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

Onun sözlərinə görə, bu dəhlizin gücünü gələcəkdə artırmaq planlaşdırılır.

"Hazırda marşrutun buraxılış gücünü, eləcə də ölkədə qaz hasilatını artırmaq nəzərdə tutulur. Bundan başqa, digər ölkələrin bu dəhlizlə qaz satın almağa marağı artır", - deyə o bildirib.