25 may 2022 21:22
522

Zelenski ruslar üçün viza rejimi ilə bağlı petisiyanı dəstəkləyib

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya vətəndaşları üçün viza rejimi ilə bağlı petisiyanı dəstəkləyib.

“İki sahil” xəbər verir ki,  bu barədə Ukrayna Prezidentinin saytında məlumat yer alıb.

“Rusiya vətəndaşlarının Ukrayna ərazisinə daxil olmasına nəzarət rejiminin gücləndirilməsi zərurətinin tərəfdarıyam”, - deyə Ukrayna Prezidentinin saytında dərc edilmiş petisiyaya cavabda deyilir.

Vladimir Zelenski bundan irəli gələn məsələləri həll etməyi baş nazir Denis Şmıqala tapşırıb.