Elə qidalar var ki, onlar şişkinlik, ağırlıq hissi yaratmır və bağırsağın funksiyasını normallaşdırır.Mütəxəssislər tərəfindən məsləhət görüldüyü və həzm prosesini sürətləndirəcək qidaları təqdim edirik.
Acı bibər
Aparılan araşdırmalar nəticəsində acı bibərin tərkibində olan kimyəvi birləşmələrin ürək ritmini və həzmi sürətləndirdiyi ortaya çıxıb. Acı bibər və ədviyyatlı yemək yedikdən sonra 3 saat ərzində həzm prosesi 25 faiz daha sürətli olur.
Balıq
Tərkibində 3 yağ turşusu ehtiva edən balığın həzmi sürətləndirən leptin hormonuna təsiri məlum olub. Məhz bunun üçün hər br insanın gündəlik rasionunda mütləq balıq olmalıdır.
Yaşıl çay
Tərkibindəki ECGC birləşməsi sayəsində sinir sisteminin və beynin fəaliyyətini yaxşılaşdırır. Bu da həzmin sürətinə təsir edir.
Süd və süd məhsulları
Yağsız süd və süd məhsullarını gündə 3-4 pors qəbul etsəniz, bu, həzmin sürətlənməsinə və çəki atmanıza kömək edəcək.
Protein
Toyuq və hind toyuğu ətinin tərkibindəki protein həzmi sürətləndirir. Eyni zamanda, əzələlərə də faydalıdır.
Qırmızı və sarı mərcimək
Sağlam bir pəhrizdə olması lazım olan müxtəlif paxlalılar arasında ən asan həzm olunandır. Buna səbəb isə mərciməyin tərkibində olan dəmirdir. Həzmi yaxşılaşdırmaqla qanda şəkərin səviyyəsini də normallaşdırır. Mərcimək, həmçinin toksinləri toplamır, B1 vitamini və əvəzolunmaz amin turşuları ilə zəngindir.
Avokado
Görünüşünə görə xoşagəlməz olan bu yumşaq meyvə təəccüblü dərəcədə zülal və liflə zəngindir. Orta ölçülü avokadoda təxminən 12 q sağlam lif var. Məhz buna görə o, mədədə ağırlıq hissi yaratmır və həzm prosesini sürətləndirir. Pəhrizinizə avokadonu daxil etməklə siz bir anda bir neçə problemi aradan qaldıracaqsınız. Bu ekzotik meyvə bağırsaq mikroflorasının tərkibini yaxşılaşdırır, peristaltikanı gücləndirir. Yeri gəlmişkən, avokado immun sistemini də gücləndirir.
Kəpək və dənli bitkilər
Cücərmiş buğdaya və bütöv yulaflara gəlincə, təbiət hələ həzm sisteminin sağlamlığı üçün bundan gözəl məhsullar icad etməyib. Taxılların üzərinə qaynar su tökün və bir müddət dəmlənməsini gözləyin. İnan ki, mədəniz üçün daha sağlam yemək ola bilməz.
İspanaq
Yaşıl tərəvəzlər arasında həzm sistemini yaxşılaşdıran ən yaxşı qidalardan biridir
İspanaq şirəsində çoxlu manqan var. Bu maddə öz növbəsində ,beyinə və mədə-bağırsaq sisteminə müsbət təsir edir. O, həmçinin xoşbəxtlik hormonlarının istehsalında çox önəmli rol oynamaqdadır.
Badam
Maddələr mübadiləsini normallaşdırır, görmə qabiliyyətini yaxşılaşdırır və ürək-damar sisteminə müsbət təsir göstərir. Badamın faydalı xüsusiyyətlərinin siyahısı bununla bitmir. O, həmçinin müxtəlif vitaminlərin təbii mənbəyidir. Gündə bir ovuc badam (təxminən on ədəd) həzm prosesini yaxşılaşdırmağa kifayət edəcəkdir.
Xurma
Bu meyvə xüsusilə həzm problemləri üçün tövsiyə olunur. Pektinlər ilə zəngin xurma təkcə bağırsaqları təmizləmir, həm də bifidobakteriyalar üçün əsas qidadır, onların böyüməsini və fəaliyyətini stimullaşdırır.
Kətan toxumu
Aparılan araşdırmalar nəticəsində müəyyən olub ki, kətan toxumu piylənmənin qarşısını alır və çəkinin azalmasına kömək olur. Kətan toxumunda olan sağlam yağlar və lif, uzun müddət tox tutaraq daha az kalori almaq imkanı verir. Həmçinin qanda xolesterinin səviyyəsini aşağı salır, mədənin iltihablı reflüksdan və qıcıqlanmadan qoruyur. Çəkinizin azalmasını istəyirsinizsə, salatlarınıza, şorbalarınıza və yediyiniz istənilən qidanıza bir neçə çay qaşığı üyüdülmüş kətan toxumu qata bilərsiniz. Kətan toxumu həzm problemlərindən əziyyət çəkənlər üçün olduqca faydalıdır. Bağırsaqlardakı iltihabı azaldır. Lif qaynağıdır. Qəbizliyin qarşısını almaq üçün 1-3 yemək qaşığı kətan toxumunu kök suyu ilə qarışdırıb içə bilərsiniz.
Samirə Tağıyeva, “İki sahil”