25 may 2022 17:13
530

Azərbaycan və Vyetnam arasında tekstil sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan və Vyetnamın tekstil sahəsində fəaliyyət göstərən iş adamları arasında ticarət əməkdaşlığına dair müzakirələr aparılıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) “İki sahil”ə verilən məlumata görə, tərəflər arasında iki gün onlayn formatda təşkil olunan görüşdə, Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, Vyetnam Sənaye və Ticarət Nazirliyinin Avropa-ABŞ bazarı departamentinin müdiri Ta Hoanq Linh, VITAS-ın sədri Vu Duk Gianq, AZPROMO-nun müşaviri Zöhrab Qədirov, Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mehriban Axundova və hər iki ölkədən 50-dək sahibkar iştirak edib.

Görüşdə biznes dairələri arasında tekstil sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi, ixrac imkanları müzakirə edilib, şirkətlərin nümayəndələri tərəfindən təqdimatlar keçirilib.