25 may 2022 17:00
821

Meymunçiçəyi virusu 76 gün ərzində... - FOTO

İngiltərədə 2018-2021-ci illər arasında 7 meymunçiçəyi virusuna yoluxma halını təhlil edən mütəxəssislər təəccüblü nəticələr əldə ediblər.

Alimlər bildiriblər ki, meymunçiçəyi virusunun dəri səpgiləri yox olduqdan sonra da bədəndə 10 həftə qala bilər. Əksər ekspertlər bu müddət ərzində xəstələrin yoluxucu ola biləcəyini düşünməsələr də bunun cavabsız böyük sual olaraq qaldığını deyirlər.

Məlumat üçün bildirək ki, koronavirus pandemiyasından sonra dünyanı yenidən təşvişə salan meymunçiçəyi virusu ilk olaraq İngiltərədə yayılıb. İndiyədək 71 britaniyalı virusa yoluxub.

Mövzu ilə bağlı araşdırma aparan mütəxəssislər uşaqlarda rast gəlinən halların olduqca nadir, gənclərdə görülən hər hansı səpginin isə daha çox suçiçəyi və ya digər dəri xəstəliklərindən qaynaqlandığını vurğulayıblar.

76 gündən sonra da virus bədəndə qala bilir

Meymunçiçəyinə yoluxan 7 nəfər arasında tədqiqatçıları narahat edən yeganə hal Nigeriyada bu virusa yoluxmuş 40 yaşında kişi olub. Virusa yoluxan həmin adamın 76 gündən sonra da testinin cavabının müsbət çıxdığı açıqlanıb. Əgər iddia təsdiqlənərsə, bu iş dünyada bir ilk olacaq. Xəstəxanada müalicə aldıqdan bir neçə həftə sonra evə buraxılan kişinin 6 həftə sonra ilk dəfə cinsi əlaqədə olduqdan sonra virusun geri qayıtdığı mütəxəssislər tərəfindən iddia edilir.

Mütəxəssilər də təəccüblənib

“Lancet İnfectious Diseases” jurnalında dərc olunan məqaləyə görə, şişmiş limfa düyünləri olan xəstə yenidən PCR testi verib. Klinik olaraq vəziyyəti normal görünən adamda təkrarlanan xəstəlik qısa ömürlü olub. Lakin tədqiqat müəllifi Hugh Adler meymunçiçəyi virusunun bu müddət ərzində boğazda və qanda aşkarlandığına təəccübləndiklərini bildirib.

Vüsal Cahanov, “İki sahil”