25 may 2022 15:28
577

Bir qrup mədəniyyət işçisi orden və medallarla mükafatlandırılıb - FOTO

Bu gün bir qrup mədəniyyət işçisi orden və medallarla mükafatlandırılıb.

“İki sahil” xəbər verir ki, mükafat mərasimi Milli Xalça muzeyində baş tutub.

Çıxış edən Mədəniyyət naziri Anar Kərimov mədəniyyət işçilərinin fəaliyyətini yüksək qiymətləndirib: "Mədəniyyət xalqın, cəmiyyətin ən vacib məfhumlarından biridir. Mədəniyyət anlayışının cəmiyyətin inkişafında yolu və rolu danılmazdır və hesab edirəm ki, daha da artırılmalıdır. Onu da qeyd edim ki, mədəniyyət bizim üçün həm də təhlükəsizlik məsələsidir. Təbii ki, bu sahədə çalışanlar da öz sahələrinə görə əsgərlərdir. Sizlərin gördüyü iş dövlətimiz üçün və mədəniyyətimiz üçün olduqca əhəmiyyətli və dəyərlidir", - nazir vurğulayıb.

Daha sonra Anar Kərimov mədəniyyət işçilərinə orden və medalları təqdim edib.