25 may 2022 15:39
608

“Məktəb” jurnalının M.Ə. Sabirə həsr olunmuş xüsusi nömrəsi FOTO

109 il əvvəl çap olunmuş xüsusi buraxılış latın qrafikası ilə yenidən işıq üzü görüb  

Böyük Azərbaycan şairi və mütəfəkkiri, milli oyanış, humanizm, müsbət ideallar və demokratik dəyərlərin fədakar carçısı M.Ə.Sabirin anadan olmasının 160 illiyi ərəfəsində “Mütərcim” nəşriyyatı “Məktəb” jurnalının qüdrətli söz ustasına həsr edilmiş xüsusi nömrəsini oxuculara təqdim edib.

“İki sahil” xəbər verir ki, 1913-cü ildə şairin vəfatının 2-ci ildönümünə həsr olunmuş məqalə və şeirlərdən ibarət həmin xüsusi buraxılışın transliterasiyasını BSU-nun doktorantı Fərqanə Məlikova hazırlayaraq “Məktəb” jurnalı haqqında xüsusi məqalə ilə birlikdə çap etdirmişdir.

Buraxılışın redaktoru BDU-nun Mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğludur. Xüsusi buraxılışa giriş sözü yazan filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bu nəşri böyük satirik şairimizin irsinə dərin ehtiram və Sabirsevərlərə  qiymətli hədiyyə kimi qiymətləndirib.