25 may 2022 14:45
472

Münaqişənin iqtisadiyyata təsirləri ilə bağlı ilkin ssenarilər hazırlanıb

Azad olunmuş ərazilərdə münaqişənin iqtisadiyyata təsirləri ilə bağlı ilkin ssenarilər hazırlanıb.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

“Hazırda biz münaqişənin Azərbaycan iqtisadiyyatına təsirlərinin ssenariləri üzrə qiymətləndirməni hazırlayırıq. Bu təsirləri az müddətdə real qiymətləndirmək çətindir. Biz iki aydır bunun üzərində işləmişik”, - nazir müavini vurğulayıb.

Sevinc Həsənova bildirib ki, bu ssenarilər Milli Məclisə yox, Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə təqdim olunur: “Biz artıq 3 istiqamət üzrə ssenari hazırlamışıq. Həm neftin qiyməti, həm iqtisadi artımlar, həm inflyasiya, həm də xarici şoklar üzrə ssenarilər hazırdır".