KÖŞƏ

Vəli İlyasov

Saxarov Moskvada itdi, Xankəndidə bitdi!

24 may 2022 02:37
684

Akademikin daş ruhunu Xankəndiyə kim sürüyüb gətirib?

Məlumdur ki, Sovet dövlətinin sonuncu başçısı olmuş Mixail Qorbaçovun ardınca erməni əsilli arvadının yedəyində çirkin işlərə qoşulan akademik Andrey Saxarov ermənipərəst mövqeyi ilə özünü gözdən salmışdı. Bu əyri addımı ilə dünyada tanınmış akademik ona olan inamı itirərək bambılı vəziyyətinə düşmüşdü.

Xatırladaq ki, Andrey Saxarov dünyanın tanıdığı dissident olub və 1975-ci ildə Norveçdə Nobel mükafatı alıb. Sonra o, guya insan hüquqları müdafiəçisi kimi çıxış etdiyinə görə SSRİ-də təqiblərə məruz qalıb. 1986-cı ildə Qərbin çox ciddi təzyiqlərindən sonra o və Krım tatarlarının lideri Mustafa Cəmiloğlu sürgündən azad olunublar. Ömrünün son illərində o, SSRİ xalq deputatı kimi fəaliyyət göstərib, hüquq müdafiəçisi kimi çıxış edib və bununla da müdafiə etdiyi ədaləti arvadının ayaqları altına atıb. Təəsüf ki, Saxarov evləndiyi gündən “mənim beyin mərkəzim” adlandırdığı erməni arvadı Yelena Əlixanyan-Bonnerin  təsiri altında olub, onun təsiri ilə də Qarabağ münaqişəsində ermənilərin tərəfində durub və azərbaycanlıların haqqının ədalətsizcəsinə tapdanmasında düşmənlərimizlə şərik olub. Birinci Qarabağ müharibəsində tökülən nahaq qanlara görə həm arvadağız Qorbaçovun və onun arvadı Raisa Qorbaçovanın, həm də Saxarovun və onun erməni zövcəsi Yelena  Əlixanyan-Bonnerin ruhları lənətə layiqdir.  Ermənilərin yarısından çoxu indi bu adamları özünə düşmən hesab etsə də, daşnaklar və revanşist qrup bunların ruhuna hörmətlə xaç çevirir, yad edirlər.  Amma həmişə işi tərsinə görən ermənilər bu dəfə də ənənələrinə sadiq qalıblar, yəni, “at almamış tövləsini tikiblər”.

Mətbuatda xəbərlər yayılıb ki, "Moskvada yoxa çıxan abidə Qarabağda - Xankəndində  tapılıb – üzərində “Cəsarətli olun, ermənilər, işiniz haqq işidir” yazısı ilə..."

Məsələ burasındadır ki,  bu günlərdə Xankəndidə Rusiyada fəaliyyət göstərən "Taşir" fondunun dəstəyi ilə fizik, SSRİ Elmlər Akademiyasının akademiki, ermənipərəst siyasətçi və üzdəniraq  "hüquq müdafiəçisi" Andrey Saxarovun abidəsinin açılışı olub. Təxribat xarakteri daşıyan bu tədbirə Rusiyanın “sülhməramlı” hərbçiləri də qatılıb...

Qeyd olunur ki, abidənin quraşdırılması Saxarovun anadan olmasının 101-ci ildönümünə həsr olunub. Abidənin müəllifi heykəltəraş Qriqori Pototskidir.

 Separatçı rejimin “dövlət naziri” Artak Beqlaryan jurnalistlərlə söhbətində abidənin ucaldılması təşəbbüsünü alqışlayıb. O,  “Saxarovun abidəsinin məhz indiki vaxtda artsaxda ucaldılması rəmzidir”, -deyə qeyd edib. Öz növbəsində tədbirdə iştirak edən Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin mayoru Vitali Fomin vurğulayıb ki, “Andrey Saxarov öz adını dünya elm tarixinə qızıl hərflərlə yazıb”.

 Yayılan məlumata görə,  artıq bir çox Rusiya KİV-i Moskvadakı Muzey parkında akademik Saxarovun abidəsinin yoxa çıxdığını yazıb: "...“Memorial” cəmiyyətinin nümayəndələri heykəlin itdiyini açıqlayıb. Onların sözlərinə görə, “Muzeon”un mühafizəsi heykəlin bərpa üçün götürüldüyünü bildirib. Qorki parkının mətbuat xidməti mühafizəçilərin sözlərini təsdiqləyib və bildirib ki, heykəl müəllifə ötən ilin payızında təhvil verilib. Onun parka qayıtması üçün heç bir tarix verilməyib. Yoxa çıxan abidə Qarabağda- Xankəndidə  tapılıb – üzərində “Cəsarətli olun, ermənilər, işiniz haqq işidir” yazısı ilə...

Abidənin açılışında isə Rusiya sülhməramlı kontingentinin mayoru Vitali Fomin “alovlu nitq” irad edib.

Əslində nə baş verir? Olmaya adları sülhə təhlükə yaratmaqda hallanan sülhməramlılar yenə təxribatla məşğuldurlar?.. Əlbəttə ki, belədir. Saxarovun daşını Moskvadan Xankəndiyə kim daşıyıbsa,  tarixi Azərbaycan şəhərinin mərkəzində qondarıbsa o, xalis təxribatçıdır. Buna şərait yaradan sülhməramsızlar da təxribatçılarla bərabər məsuliyyət daşıyırlar. Yoxsa Saxarov hara, Xankəndi hara? Burada anadan olmayıb, burada işləməyib, burada ölməyib. Bəs bu bədbəxtin daşlaşmış ruhunu Moskadan buraya nəyə görə sürüyüb gətiriblər? Deməli, torbada pişik var. Gələcək hansısa təxribata bünövrə qoyur, “əsas” yaradırlar. Nə hoqqadan çıxırlarsa, çıxsınlar, ancaq çanaq yenə də öz başlarında çatlayacaq.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?