20 may 2022 12:16
314

Nazir: Azərbaycan və BƏƏ bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üzərində işləyir

Bu gün Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə intensiv danışıqlar aparır.

“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov ərəb KİV-lərinə müsahibəsində deyib.

"Biz həm Azərbaycanda, həm də BƏƏ-də əməkdaşlıq və birgə investisiya imkanlarını müzakirə edirik. Bir müddət əvvəl 230 meqavatt gücündə yeni günəş elektrik stansiyasının təməli qoyulub. Bu, bərpa olunan enerji sahəsində Azərbaycanda 100 faiz BƏƏ-nin investisiyaları ilə icra olunan ilk sənaye layihəsidir. Bizim bu baxımdan ambisiyalı planlarımız var və biz bu uğurlu əməkdaşlığı davam etdirmək niyyətindəyik", - nazir deyib.