20 may 2022 12:13
830

Türkiyədə daha bir terror aktının qarşısı alınıb

Türkiyənin Bursa vilayətində terror aktının qarşısı alınıb.

"İki sahil" TurkicWorld-ə istinadən xəbər verir ki, Suriya vətəndaşı olan üç İŞİD terrorçusu şəhərin mərkəzindəki müxtəlif yerlərdə terror aktı keçirməyi planlaşdırıb. İlkin məlumata görə, terrorçular zərərsizləşdirildikdən sonra polis şəhərin bir çox ünvanlarında axtarış tədbirləri həyata keçirib.

Qeyd edək ki, mayın 17-də Bursa vilayətində İŞİD terror təşkilatına məxsus daha üç "canlı bomba" polis tərəfindən zərərsizləşdirilib.

Əməliyyatın digər təfərrüatları haqqında heç bir məlumat verilməyib.

Ölkədə terrorçulara qarşı əməliyyatlar aramsız davam edir. Bu ilin əvvəlindən türk polisi İŞİD-in ümumilikdə 13 kamikadze hücumu cəhdinin qarşısını alıb.