20 may 2022 12:05
458

“Azəriqaz” abonentləri bu il qaza görə 576 milyon manat ödəyib

“Azəriqaz” İstehsala Birliyinin abonentləri bu il istehlak edilmiş qaza görə 576 mln. manat ödəyib.

“İki sahil” xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktorunun satış üzrə direktoru Rəşad Cavadov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu il istifadə edilmiş qaz üzrə ödəniş səviyyəsi 99,1% təşkil edib.

Rəşad Cavadov qeyd edib ki, bu ilin yanvar-aprel aylarında "Azəriqaz" 3 498 mln. kubmetr qaz qəbul edib. Hesabat dövründə, qazpaylayıcı şəbəkəyə verilən qazın 2 103 mln. kubmetri əhali, 1 395 mln. kubmetri isə qeyri-əhali abonent qrupunun payına düşüb.