20 may 2022 11:51
387

İlayda Alişan: Çox həyəcanlıyam, günləri sayıram

Məşhur türk kanalı olan "Kanal D"nin yeni serialı "Seversin" iyunun 1-də ekranlarda olacaq. 

"İki sahil" Türkiyə mətbuata istinadən xəbər verir ki, “Asya” obrazını canlandıran türk aktrisa İlayda Alişan açıqlama verib.

O, “Çox həyəcanlıyam, günləri sayıram. Çox sevdik, inşallah siz də bəyənərsiniz” deyib.

“Tolga” obrazını canlandıran aktyor Burak Yörük “Hər saniyə hiss etdiyimiz bir işi görürük. Ən qısa zamanda tamaşaçılarımızla görüşmək istəyirəm” söyləyib.