20 may 2022 11:33
321

Azərbaycanda qiymətləndirmə bazarında intizamsızlıq yaranıb

"Azərbaycanda dövlət qurumlarının dəstəyilə qiymətləndirmə ilə bağlı bazarda intizamsızlıq yaranıb"

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 7-ci hesabat-seçki konfransında Cəmiyyətinin sədri Nüsrət İbrahimov deyib. Bildirib ki, Azərbaycanda 2002-ci ildən lisenziyaların böyük hissəsi, o cümlədən qiymətləndirmə fəaliyyəti ilə bağlı lisenziyalar ləğv edilib: "Ancaq qanunda bununla bağlı müddət qalıb. Bundan istifadə edərək müvafiq dövlət qurumlarının dəstəyi və qeyri-dövlət təşkilatlarının dəstəyi ilə bu gün bazarda intizamsızlıq müşahidə edirik. Baxmayaraq ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyəti müvafiq qərarlar qəbul edib, amma bunun qarşısını almaq mümkün olmayıb".