20 may 2022 11:24
307

"Azəriqaz" İB-nin növbəti “Açıq mikrofon”u Şəkidə qurulacaq

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

“İki sahil” xəbər verir ki, bu dəfə “Səyyar qəbul otağ”ı Şəki rayonu, Qumux kəndində təşkil olunacaq. Mayın 21-də saat 14:00-dan 15:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.