20 may 2022 11:13
316

DİN Dendrologiya İnstitutu direktorunun öldüyü qəza barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) AMEA Dendrologiya İnstitutunun direktorunun öldüyü qəza barədə məlumat yayıb.

DİN-dən "İki sahil"ə verilən məlumata görə, mayın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qəsəbə sakinləri S. Eyvazovun idarə etdiyi “VAZ-2121” və R. Hüseynovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub, nəticədə S. Eyvazov idarəetməni itirdiyindən yolun kənarında dayanmış Bakı şəhər sakini Tofiq Məmmədovu vurub.

Tofiq Məmmədov hadisə yerində ölüb, hər iki sürücü xəstəxanaya yerləşdirilib.

Xızı Rayon Polis Şöbəsində araşdırma aparılır.