20 may 2022 11:03
353

Pioli ən yaxşı seçildi

İtaliya A seriyasında may ayının ən yaxşı baş məşqçisi müəyyənləşib. 

"İki sahil" qurumun rəsmi saytına istinadən xəbər verir ki, ötən ayın ən yaxşısı "Milan"ın çalışdırıcısı Stefano Pioli olub. 56 yaşlı mütəxəssisin komandası may ayında çıxdığı 3 matçın hər birində qələbə qazanıb. "Milan" "Atalanta"ya (2:0), "Verona"ya (3:1) və "Fiorentina"ya (1:0) qalib gəlib. 

Qeyd edək ki, "Milan" sona 1 tur qalmış hazırda A seriyasında 83 xalla liderdir.